Magazin1
Vasif Məhərrəmli: “Qızı göz bəbəyi kimi qorumalısan, oğlanı ondan betər”
Daha həssas, rahat, təmkinli, səbrli biri olmuşam. Bir söz var deyirlər, "adın çıxınca, canın çıxsın". Həqiqətən də mən bu insanların şüurunda belə iz buraxmışam ki, çılğın adamam. Amma çılğın adam olmaq heç də pis şey deyil. Dilimdə təhqiramiz bir şeylər olmayıb. Qəlb qırmaq 1 saniyəlik işdir. Onu bərpa etməyə illər lazımdır.
Publika.az xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli MTV kanalında Lamiyə Balacayevanın aparıcılığı ilə yayımlanan"Üzə-düz" proqramında deyib.
Sənətçi adının daim qalmaqalda hallanmasına etiraz edib: "Ağlınıza gəlməyəcək dərəcədə kövrək, ağlağan bir insanam. Onu bir Allah, bir də ailəm bilər ki, nə qədər həssasam. Çox zaman da onlardan gizlədiyim məqamlar olur. Kövrəklik tək problemə bağlı bir şey deyil. Şükranlıq da ola bilər. Problemi olan insanı ağlayanda sevmirəm. Problemsiz insanlar ağlayanda sevirəm. Problemi danışıb ağlamaq, kişiyə xas olan bir şey deyil".
Vasif həmkarlarının "şou-biznesdə deyilik" fikirlərinə sərt reaksiya verib:
"Bəziləri necə inkar edirlər ki, onlar şou-biznesdə deyillər? Bunu necə inkar etmək olar axı? Bir insan ifa edib, o ifanın müqabilində harasa dəvət alıb, pul alırsa, bu, şou-biznesdir. Hətta şadlıq evlərində tanınmayan müğənnilər də var. Onlar efir belə görməyiblər. Onlar birbaşa o şou-biznesin içindədirlər. Tamaşa göstərib, qonorar əldə edirlər. Bunun hərfi tərcüməsi budur. Sadəcə, şüur altına həkk olunan bir məsələ var ki, şou-biznes çirkab, bataqlıqdır. "Sponsor" sözü də təşkilati dəstəkdir. Sponsor sözünü necə pis bir formada yozdular və bu gün mən çəkinirəm deyəm ki, konsertimin sponsoru var. Vəziyyəti o yerə gətirmək də cahillikdən yaranır.
Elə mütləq şəkildə pis bir şey baş verirsə, niyə onu gətirib yapışdırırlar şou-biznesə? Şou-biznesdə kifayət qədər yaxşı ailələr, kişilər də var. Yaxşı ailə başçıları və onların övladları da var. Tamaşaçını da biz özümüz döndəririk. Xanım müğənnilər içində də övladı üçün dəridən-qabıqdan çıxan şou-biznes nümayəndələrimiz var".
Övladlarından danışan Vasif bunları söyləyib:
"Qız, ya oğlan atası olmağın hər ikisinin məsuliyyəti, çətinliyi var. Bu gün elə bir dönəmdə yaşayırıq ki, qızın qız, oğlanın oğlan problemi var. Qızı qız kimi, göz bəbəyi kimi qorumalısan, oğlanı ondan betər. Zamanında uşaqları 2-3 ay kəndə qoyub gəlirdik. Bu gün 3 azyaşlının bir yerdə oynaması artıq bir problem olub. Bir ata kimi mən uşağımı Qazaxda qoyub gəlmərəm. Nənəsi göz bəbəyi kimi qorusa da... Hamıya da onu tövsiyə edirəm. 3 yaşlı uşaq balkondan düşdü. Niyə də?! Ananın başı qarışıb telefona, qeybət-söhbət, uşaq düşdü eyvandan. Uşaq yaddan çıxdı. Təbii ki, ana fəryad edəcək, o da bunu istəməyəcək. Sadəcə, bu, məsuliyyətsizlikdir. Qızım Əfşanın 19 yaşı var, ağıllı qızdır, amma təbii ki, ona qadağalarım var, olacaq. O özünün hər istədiyini edə bilməz. Çalışıram çox üstünə getməyim. Arada hiss edirəm ki, xətrinə dəyirəm. Ata qızı üçün yaxşısını istəyər, o da bunu zamanla başa düşəcək. Ata dediyin yaxşı olmalıdır. O ata uşağını qoyub, vecinə almayıb, təyyarəyə oturub gedirsə, ona ata deməyin. Ata sözünü ordan götürün. O, sadəcə uşağı dünyaya gətirən məhfumdur. Bir ana uşağını dünyaya gətirib, ondan gedirsə, o, ananın qarnına qazan kimi batıb. O ana, ana deyil. Sadəcə qazan rolunu oynayıb. Bətnində 9 ay saxlamağa nə var ki? Hər şey ondan sonra başlayır elə..."
-
Hadisə14:30
Hacıqabulda namus davası: kişini çılpaq halda dirəyə bağlayıb... - ŞOK DETALLAR
-
İdman14:24
Olimpiadada qələbəyə görə İqor Ponomaryova nə qədər pul və hansı avtomobil verilib? - FOTOLAR
-
Rəsmi xronika13:58
İlham Əliyev sərəncam imzaladı
-
İdman13:30
Bekhemin 50 yaşlı xanımı gözəlliyinin sirrini açdı: Onun pəhrizi heyrətləndirir - FOTOLAR
-
Sosial12:42
Milyonlarla pulu ölkəyə qaytarmayan şəxslər həbs edildi - Prokurorluqdan əməliyyat
-
Sosial12:00
Yeni fərman: Bu şəxslərə ordudan möhlət hüququ verildi
-
ABŞ11:00
Trampın müşaviri İFŞA OLDU: Yeni administrasiya üçün vəzifələri pulla "PAYLAYIRMIŞ"
-
Region10:00
Yunanıstandan təxribat: Rusiya silahlarını Ukraynaya vermədi - Ermənistana göndərir