Magazin1
Tacir Fədayə ilə BARIŞDI: "Onların söylədiyi fikirlərə görə belə olmuşdu"
“Ümumiyyətlə, haqqımızda yazılanlar bizə paxıllıq edən insanların düşüncələridir. Yazıblar ki, Fədayə xanımla bizim aramızda eşq yaşanıb. Amma onu demək istəyirəm ki, Fədayə xanımla uzun illər duet ortağı olmuşuq. Fədayə xanım həm yaxşı insandır, ifaçıdır, həm də yaxşı yol yoldaşlığı var. Mən onun ustadı olmuşam, bir yerdə fəaliyyətimiz davam edib, gözəl mahnılarımız bu gün də dillər əzbəridir”.
Publika.az xəbər verir ki, bunu "Moderator"a açıqlamasında müğənni Tacir Şahmalıoğlu deyib. O, uzun illər duet ortağı olan Fədayə xanımla barışdıqlarını və yeni duetlər üzərində işlədiklərini bildirib:
“İstəmirəm ki, xalqımız haqqımızda həqiqətə uyğun olmayan şeylər barəsində düşünsün. Biz yenə də Moskvada Fədayə xanımla bir yerdəyik. İndən belə gözəl duetlərimiz olacaq, onun sənəti əvəzolunmaz bir sənətdir. İstəyirəm xalqımız bilsin ki, biz Fədayə xanımla yenə də bir yerdəyik, yazıb yaradacağıq. Fədayə xanıma çox böyük hörmətim var, çox gözəl insandır, anadır. Oğluyla birlikdə həm sənətini davam etdirir, həm də işləyir. Mən arzulayıram ki, gün o gün olsun ki, oğlunun toyuna gələk. Fədayəylə bizim duet ortaqlığımız yenidən başlayır. Uzun illər idi ki, duet ortaqlığımız əzab-əziyyət çəkirdi, biz birləşə bilmirdik, bəzi mənfur insanların söylədiyi fikirlərə görə belə olmuşdu. Fədayə mənim dostumdur, duet ortağımdır. Allahın köməkliyi ilə çox möhtəşəm duetlərimiz olacaq”.
Qeyd edək ki, müğənni Tacir Şahmalıoğluyla Fədayə Laçının Moskvada toyda birlikdə mahnı ifa etməsi müzakirələrə səbəb olmuşdu.
-
Avropa05:45Fransanın hərbi zavodlarında ard-arda partlayışlar ola bilər - Təhlükə böyüyür
-
Kriminal01:40Tiktoker "Çevik" həbs edildi
-
Hadisə01:20Abşeronda binada yanğın oldu: sakinlər təxliyə edildi - Yeniləndi
-
Sosial27 İyul 22:46Azərbaycanın bu bölgəsində ev quşları kütləvi şəkildə tələf olur - Nə baş verir?
-
Dünya27 İyul 22:18Heç kim Türkiyəyə "F-35" tədarük etməyimizə mane ola bilməz - Tramp
-
Magazin127 İyul 20:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...
-
Ekopublika.az27 İyul 18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto
-
Hadisə27 İyul 18:30Bakıda güclü külək səbəbindən xəsarət alanlarla bağlı - Nazirlikdən açıqlama













.jpg)











.jpg)










