Magazin1
Zamiq özəl gecəyə onları çağıra bilmədi
Gecənin aparıcısı Leyla Quliyeva olacaq. Hamı "Darıxdım" duetimizi çox bəyəndi, əgər alınarsa, onu birgə oxuyacağıq. Elşad Xose, Röya Ayxanla da duetimiz ola bilər. Amma hələ bəlli deyil.
Publika.az xəbər verir ki, bu sözləri müğənni Zamiq Hüseynov yanvarın 7-də verəcəyi konserti ilə bağlı açıqlamasında deyib.
Sənətçi biletlərin tez satılıb bitdiyini, dostlarına belə dəvətnamə verə bilmədiyini söyləyib:
"Konsertin məqsədi əvvəldən bəllidir. Bilet satışa çıxarılan gündən 2 saata bitdi. Kimsə, hətta dostlarım belə bilet üçün mənə zəng etməsin. Mən tamamilə kənara çəkildim, anonslardan da hər şey məlumdur. Öz yaxınlarıma bilet almaq istədim, bitmişdi artıq, təsəvvür edin. Vəziyyət düzələndə söz verdiyim kimi, 2-3 gün silsilə konsert verməyi düşünürəm".
Qeyd edək ki sənətçinin 7 yanvar 2022-ci ildə Heydər Əliyev Sarayında baş tutacaq "Var ol" adlı musiqili gecəsi şəhid və qazi ailələrinə həsr olunacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçiriləcək konsertdə əsasən şəhid və qazi ailələri dəvətli qismində yer alacaq. Satışa çıxarılan biletlərdən əldə olunacaq vəsait "YAŞAT" Fonduna ianə ediləcək.
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir








.jpg)
.png)


























