Magazin1
Zamiqin möhtəşəm konsertindən GÖRÜNTÜLƏR - FOTO
Müğənni Zamiq Hüseynov Heydər Əliyev Sarayında “Var ol” adlı konsert proqramı ilə çıxış edib.
Publika.az xəbər verir ki, konsertdən öncə jurnalistlərin suallarını cavablandıran ifaçı konsertin xeyriyyə məqsədli olduğunu, şəhid və qazi ailələrinə həsr edildiyini bildirib.
O, konsert öncəsi çox həyəcanlı olduğunu etiraf edib: “Səhnənin hər anı həyəcanlıdır. Heydər Əliyev Sarayının səhnəsi arzularımın səhnəsidir”.
Bu dəfə konsertinə çox az sayda sənət dostunu dəvət edən Hüseynov digərlərinin ondan inciməyəcəyini, bunu anlayışla qarşılayacaqlarını bildirib.
O, karantin məhdudiyyətlərinin tam aradan qaldırılandan sonra bir neçə gün ard-arda konsert verməyi planlaşdırdığını deyib.
Konsertin əvvəlində Vətən müharibəsində şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. “Azərbaycan” mahnısı ilə səhnəyə çıxan Z.Hüseynov ard-arda hit mahnılarını ifa edib. O, həmçinin yeni ifalarına yer verib.
“Əvvəl Qarabağsız sənətçi kimi çıxış edirdim. İndi isə fəxr edirəm ki, bütöv bir Azərbaycanın, qalib bir ölkənin sənətçisi kimi çıxış edirəm. Qarabağ Azərbaycandır!”, - Hüseynov konsertinin giriş sözündə deyib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən konsertdə tamaşaçı qismində əsasən şəhid və qazi ailələri dəvətli qismində yer alıb. Satışa çıxarılan biletlərdən əldə olunacaq vəsait isə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə YAŞAT Fonduna ianə ediləcək.
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir








.jpg)
.png)


























