Magazin1
Əli Mirəliyev görün o məmurla bağlı NƏLƏR DEDİ: Sən kimsən ki... - VİDEO
Video əlavə olunub.
***
Bakıda "Lexus" markalı maşının sürücüsünün motosiklet sürücüsünü vuraraq təhqir etməsinə şou-biznesin tanınmış nümayəndəsi Əli Mirəliyev də münasibət bildirib.
Ə.Mirəliyev Publika.az-a açıqlamasında söyləyib ki, bu cür hadisələrin yaşanması təəssüf doğurur:
"Görünür, qudurublar. Motosiklet sürən də sənin kimi insandır. Kasıb adamdır, bəlkə də evinə və ya kiməsə yemək aparır. Bəlkə də döyülən elə fəhlə adamdır, onsuz da onu Allah döyüb, sən niyə döyürsən?! İndi Bakıda motosikletlə fəhləlik edənlər çoxdur. Sifariş yerinə yetirirlər, kimlərəsə yemək aparırlar, fəhləlik edirlər. Bunun qarşılığında da 5-10 manat pulu ya verirlər, ya da vermirlər. Bu da durub onu döyür. Sözünüzü deyin, niyə döyürsünüz? Sən kimsən ki, onu döyürsən?! Məmursan, cəhənnəmə məmur ol, yolu keçir də, sənin nəyinə mane olur?! Sənə söz deməyib, təhqir etməyib, niyə vurursan axı?! Hünərin varsa, get, başqalarını – səndən güclüləri, səndən daha varlıları döy. Onları döyə bilməyəcəksən! Çünki sənə qarşılığını artıqlaması ilə verəcəklər. Yazıq fəhləni, motosiklet sürəni niyə döyürsünüz axı?! Allah bilir, bəlkə də heç anası, bacısı da yoxdur. Niyə motosiklet sürürlər, deməli, problemləri var də..."
Əli Mirəliyev deyib ki, onlar üçün motosiklet sürmək hər dəqiqə ölümdür:
"Hər gün görürük, milyonçuların uşaqları onları sürüyürlər, maşının altında qoyurlar. Belələrinə qarşı ciddi ölçü götürülməlidir ki, digərlərinə də dərs olsun. Motosiklet sürücüsünü döyən "Lexus" sürücüsünü ciddi şəkildə cəzalandırmasalar, sabah başqası da belə bir addım atacaq. Bir başqası həmin motosiklet sürənin birini avtomobili ilə tapdayıb keçəcək. Belə olmaz. Bu cür hərəkətlər, özbaşınalıqlar yolverilməzdir".
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı








.jpg)


.jpg)






















.jpg)

.jpg)