Magazin1
“Kurtlar Vadisi”nin məşhur aktyoru qazilərlə görüşdü - FOTO
Türkiyənin məşhur aktyoru, “Kurtlar Vadisi Pusu” serialında Yasin rolu ilə yadda qalan Ertuğrul Şakar, “Eslem Film”in rəhbəri Metin Yücel və prodüser Yalçın Çoban Azərbaycana gəlib.
Publika.az xəbər verir ki, aktyor Ertuğrul Şakar və Metin Yücel Bakıda qazilərimizlə görüşüb.
İkinci Qarabağ müharibəsi qaziləri ilə bir araya gələn Ertuğrul Şakar və Metin Yücel duyğusal anlar yaşayıblar.
Vətən müharibəsi iştirakçılarının şücaətini, qəhrəmanlığını və döyüş əzmini onların özlərindən eşidən Ertuğrul Şakar ve Metin Yücel qaziləri dinlədikcə çox qururlanıblar. Onlar söhbət zamanı şəhid və qazilərə həsr olunan möhtəşəm bir film ərsəyə gətirmək planlarından bəhs ediblər:
“Bizim məqsədimiz şəhidlərimizin qanları qurumadan bu haqlı mübarizəni bütün dünyaya nümayiş etdirməkdir. Əgər qəbul etsəniz, sizə olan borcumuzu bir film çəkməklə ödəmək istəyirik. Bilirik ki, sizin qəhrəmanlığınız, fədakarlığınız qarşısında bizim etdiklərimiz çox azdır”.
Qazilər Ertuğrul Şakar və Metin Yücelə çəkəcəkləri belə bir əhəmiyyətli filmlə tarixə önəmli əsər qoyduqları üçün təşəkkür ediblər. Onlar bildiriblər ki, qardaşlığımız heç bir zaman unudulmasın və hər zaman davam etsin.
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO








.jpg)


























.jpg)

.jpg)