Magazin1
5-10 söz əzbərləyib efirə çıxırlar - Oqtay Əliyev
“Televiziyalara elə ekspertlər dəvət edirlər ki, o şəxslər öz fikirlərini ifadə edə, mövzuya uyğun danışa bilir və özünü həmin mövzuda fikir bildirərkən daha rahat hiss edir”.
Bunu Publika.az-a açıqlamasında rejissor, televiziya prodüseri Oqtay Əliyev deyib.
Onun sözlərinə görə, bu gün çox ağıllı, savadlı ekspertlər var: “Sadəcə olaraq deyəsən onlar danışmaqdan çəkinirlər. Sual verirsən, konkret cavab verib kənara çəkilirlər. Mövzunun içindən mövzu çıxarmaq, daha aktiv olmaq kimi məsələləri müşahidə edə bilmirik. Məsələn, jurnalist istənilən bir şəxsdən müsahibə və ya açıqlama almağa çalışarkən sualına “bilmirəm” cavabı alırsa, bir daha həmin adama müraciət etmir. Televiziya proqramlarına elə insanları dəvət etmək lazımdır ki, bir az emosional olsun, danışsın. Danışığı ilə insanların diqqətini özünə cəlb edə bilsin”.
O.Əliyev vurğulayıb ki, Zəlimxan Yaqub efirdə olanda istər-istəməz fikrimiz onun üzərində cəmlənirdi: “Çünki sözdən söz çıxarırdı, emosiyası var idi, oxuyur, danışırdı. Tamaşaçıya da bu lazımdır. Televiziyada müsahiblər emosional, maraqlı və öz işini dərinliyinə qədər bilən şəxslər olmalıdır. Elə ekspertlər var ki, kitabda olan 5-10 sözü əzbərləyib hər dəfə efirdə ondan danışır. Hər dəfə eyni şeyi deyir, eyni terminlərdən istifadə edir. Tamaşaçı sənlə danışmaq, söhbət etmək istəyir, amma bunları görmür. Problemimiz də məhz budur”.
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi








.jpg)

























.jpg)

.jpg)