Magazin1
Van Damın gəlini makiyaj VİDEOSUNU paylaşdı

Jan Klod Vandamın gəlini kimi tanınan azərbaycanlı musiqiçi Suada Hacızadə instaqramda izləyicilərinin xahişi ilə makiyaj videosu hazırlayıb.
Publika.az xəbər verir ki, rəngli yay makiyajı edən yeni fenomen videonu instaqramda paylaşıb.
“Qızlar aylarla parlaq makiyajın necə ediləcəyinə dair video hazırlamağı xahiş etdilər. Məni realda tanıyan insanlar makiyaja, xüsusən də parlaq rənglərə olan həvəsimi bilirlər, paltarlarım, demək olar ki, həmişə qara-ağ olsa belə, makiyajım ruh halımı göstərən parlaq və göy qurşağının rəngləri ilə doludur. Mövsümlər dəyişdikcə makiyaj rənglərim də dəyişir. Yaz və yay təbii ki, makiyaj ideyaları ilə zəngindir.
Bu gün mən lavanda sahəsinə bənzəyən bənövşəyi-yaşıl makiyaj yaratmağa qərar verdim və bunu həmişə necə etdiyimi göstərməyə çalışdım. Bu, asandır, daha çox barmaqlardan istifadə edilir, göz qapaqlarınızda rənglər səliqəsiz qala bilər, heç kim sizi mühakimə etməyəcək, çünki 2022-ci ildir, hər gün bir podiumdur, böyük göz kölgələri edin, əsas odur ki, bunu sevirsinizsə - ruhunuz üçün edirsiniz.
Ciddi mühakimə etməyin, çünki vizajist deyiləm, bunu sadəcə əylənmək, özüm üçün və məndən bunu xahiş edən qızlar üçün edirəm. İndi parlayın və ruhunuzun rənglərini hiss etdirin və görünün!” , - Suada videoya qeyd edib.
Qeyd edək ki, Suada Hacıyeva Kristoferlə ötən ilin iyununda Azərbaycanın Türkiyədəki baş konsulluğunda nikah masasına əyləşib.
Публикация от Suada Van Varenberg (@suadellesthetic)
Məlumat üçün bildirək ki, Hacızadə Suada Elxan qızı 24 oktyabr 1999-cu il Bakı şəhərində dünyaya gəlib. O, hələ uşaqlıqdan musiqiyə böyük həvəs göstərib. Təxminən 4 yaşından bədii gimnastika ilə məşğul olmağa başlayıb. Musiqiyə marağını nəzərə alan valideynləri Suadanı 3 yaşından Uşaq Filarmoniyasına, Oqtay Zulfüqarovun rəhbərlik etdiyi ansambla yazıdıb.
2014-cü ilin may ayında Mədəniyyət və Turizm Nazirliyi, Uşaq və Tələbə Gənclər Dünyası İctimai Birliyinin təşkilatçılığı və Gənclər Fondunun dəstəyi ilə uşaq və gənclər üçün musiqi festivalı layihəsində Georgiy Şaroyev adına gənc pianoçuların ümümməktəb festivalında uğurlu cıxışına görə I dərəcəli diplomla təltif olunub. Dövlət Filarmoniyasında Dövlət Simfonik Orkestri və Kamera Orkestrlərı ilə konsertlər vermişdir. Rusiya Mədəniyyət Mərkəzinin keçirdiyi coxsaylı tədbirlərlərdə və digər dövlət, ictimai və mədəniyyət tədbirlərinin fəal iştirakçısı olub.
![]()
Bizi Telegram-da izləyin
Oxumağa davam et
Qarabağ 10:58Xankəndidə partlayışda ölənlərin sayı açıqlandı
Sosial10:23Qənirə Paşayeva ilə vida mərasimi başa çatdı - FOTO
Nida Xəbər 09:42"Bizim üçün ən təhlükəli erməni Qarabağda qalan ermənidir" - Fazil Mustafa
Sosial08:48Bu şəxslər quru yolla sərhədi keçə bilər
Cənubi Qafqaz06:16Saakaşvili həyatının əsas sevgisindən danışdı: "Peşmanam..." - FOTO
Magazin205:45Bacılar soyunub birlikdə poza verdilər - FOTO
Region04:44Çavuşoğlu Qənirə Paşayevadan yazdı - FOTO
Sosial01:41Ermənilərin daha bir “qələbə” simvolu Qənimətlər Parkına aparıldı - VİDEO