Magazin1
Suadadan möhtəşəm İFA: “Ruh yoldaşımı onlayn tanımışam” - VİDEO
Hollivud ulduzu Jan Kloud Vann Damın oğlu Kristoferlə ötən il ailə quran azərbaycanlı pianoçu Suada Hacızadə instaqramda gündən-günə populyarlıq qazanmağa davam edir.
Publika.az xəbər verir ki, sosial mediadan aktiv istifadə edən azərbaycanlı musiqiçi mütəmadi olaraq maraqlı paylaşımlar edir, eyni zamanda izləyicilərini darıxmağa qoymur, ona ünvanlanan suallara tək-tək cavab verir.
O, bir izləyicisinin uzaq məsafəli münasibətlər barədə sualına cavab verərkən şəxsi həyatını misal çəkib. O, həyat yoldaşı ilə illərdir tanış olmasına baxmayaraq, çox nadir hallarda görüşmək imkanları olduğunu deyib:
“Bunu illərlə - 2016-cı ildən bəri dost kimi, sonra isə sevgili kimi yaşamışam. İndi də həyat yoldaşı kimi yaşayıram. Qısa zamandan sonra yenidən birlikdə olacağıq. Uzaq məsafədə sevgiyə inanmırsınız. Ruh yoldaşlarımız bütün dünyada müxtəlif ölkələrdə ola bilər və biz bunu heç zaman bilə bilmərik. Mən öz ruh yoldaşımı onlayn tanımışam. Bu bizə evlənməzdən əvvəl sadəcə video görüntü ilə danışaraq, pandemiya və müharibə zamanı internetin olmadığı vaxtlardan keçib. İlk əvvəl fiziki görünüş yox, ruhlarımızın, ürəklərimizin bir-birini anlamağa şansı yarandı.
Viza prosesini gözlədiyimə görə uzaq qalmaq çox çətindir. Lakin elə gün olmur ki, 1 saat fərqlə, tələsərək işə də qaçanda, yolda da, hər yerdə mənə zəng edir, 2 dəqiqə də olsa “Səni sevirəm”, “Gecən xeyrə” və sairə deyir. Hər keçdiyimiz çətinlik sevgimizə dəyər”.
Daha sonra musiqiçi ifa etdiyi Eaglesin “Hotel California” mahnısını paylaşıb. İzləyiciləri onun səsinə vurulduğunu qeyd ediblər.
Məlumat üçün bildirək ki, Hacızadə Suada Elxan qızı 24 oktyabr 1999-cu il Bakı şəhərində dünyaya gəlib. O, hələ uşaqlıqdan musiqiyə böyük həvəs göstərib. Təxminən 4 yaşından bədii gimnastika ilə məşğul olmağa başlayıb. Musiqiyə marağını nəzərə alan valideynləri Suadanı 3 yaşından Uşaq Filarmoniyasına, Oqtay Zulfüqarovun rəhbərlik etdiyi ansambla yazıdıb.
2014-cü ilin may ayında Mədəniyyət və Turizm Nazirliyi, Uşaq və Tələbə Gənclər Dünyası İctimai Birliyinin təşkilatçılığı və Gənclər Fondunun dəstəyi ilə uşaq və gənclər üçün musiqi festivalı layihəsində Georgiy Şaroyev adına gənc pianoçuların ümümməktəb festivalında uğurlu cıxışına görə I dərəcəli diplomla təltif olunub. Dövlət Filarmoniyasında Dövlət Simfonik Orkestri və Kamera Orkestrlərı ilə konsertlər vermişdir. Rusiya Mədəniyyət Mərkəzinin keçirdiyi coxsaylı tədbirlərlərdə və digər dövlət, ictimai və mədəniyyət tədbirlərinin fəal iştirakçısı olub.
Посмотреть эту публикацию в Instagram
Magazin223:36Cem Yılmaz əstəxanaya yerləşdirildi
ABŞ23:00Tramp CNN telekanalı ilə bağlı elə sözlər dedi ki...
MDB22:24Qadın liftdə uşaq dünyaya gətirdi
Sağlamlıq22:12Mədə şişkinliyinə qarşı bunları edin
İnanc21:12Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
Sosial20:12İdarə rəisi işdən çıxarıldı
Magazin219:48Məşhur müğənni aparıcını yerə yıxıb təpiklədi - VİDEO
Sosial19:36Xocalının Ballıca kəndində toy: Doğma yurdda yeni həyat başlayır - FOTO











.jpg)
















.webp)
.png)









.jpg)
.jpg)



