Magazin1
Arxiv görüntülərini paylaşan Əməkdart artist: “Buna yaşamaq demək olarsa...”
Əməkdar artist Aybəniz Haşımova məşhur pianoçu Gülarə Əliyevanı anım günündə yada salıb.
Publika.az xəbər verir ki, musiqiçi ilə bağlı xatirələrini bölüşən Aybəniz Haşımova onun yoxluğu ilə barışa bilmədiyini qeyd edib. Sənətçinin müəllimi haqqında yazdığı sözlər izləyicilərini çox təsirləndirib:
“Bu gün sənin dünyadan və dünyamdan gedən günündür, Gülarə xanım. Mən isə sənsiz hələ də yaşayıram, buna yaşamaq demək olarsa... Yerdə qalanlar üçün bir gözüm gülür, ürəyim isə sənin üçün həmişə darıxır. Boşluğunu heç kim doldura bilmədi, bütün oxunacaq nəğmələrimiz arxanca ağlar qaldı.
“Aybəniz filan mahnını oxu, orkestrovka edim” deyirdin. Mən də dərhal oxuyurdum. Elə bil bir himə bənd idim... İllər ötür və sənin yoxluğunu daha çox düşünüb səni anıram. Amma nə fayda, sən getdin. Axı niyə belə oldu, sənsiz yenə oxuyuram. Ancaq bu oxuyan o Aybəniz deyil. O, çoxdan ölüb səninlə, birdən eşitsən ki, sən olan yerlərə gəlmişəm, sən Allah xəbər yolla, sən olan yerə gəlim. Sənə sənsiz dünyamdan bir az danışım.
Bu yazımı ürəyimə axan göz yaşı qələmimlə yazıram, ürəyimi bu sətirlərlə ovuduram, ay insafsız. Adam da belə gedərdi... Bu gün bu dünyada qurub yarattdığın “Dan ulduzu” vəfalı Taryel tərəfdən idarə olunur və qorunur, hər şey öz qaydasındadır. Amma birtək sən yoxsan, ay ürəyimizi dağlayan rəhbərim, haqqın üzərimdə danılmazdı. Məni xalqımıza sevdirən sevgi nəğmələrimin şah əsəri GÜLARƏ XANIM! Yaxşı ki, səni bu dünyada tanımaq və səninlə eyni səhnədə çıxış etmək şansım oldu. Hər kəsin arzusunda olan, amma yüzdə birinə qismət olan “Dan Ulduzu” ansamblında sənin müşayiətinlə oxumaq şərəfinə nail oldum, doğmama çevrildim. Mənə çox böyük etimad göstərdin. Bilirəm, sən bu yazdıqlarımı əlbəttə ki, oxumayayacaqsan. Bilirəm, amma yenə də yazdım. Bağışla səni çox sevirəm, əziz Gülarə xanım. Allah yerini behişt, ruhunu şad eyləyin”.
Посмотреть эту публикацию в Instagram
Magazin223:36Cem Yılmaz əstəxanaya yerləşdirildi
ABŞ23:00Tramp CNN telekanalı ilə bağlı elə sözlər dedi ki...
MDB22:24Qadın liftdə uşaq dünyaya gətirdi
Sağlamlıq22:12Mədə şişkinliyinə qarşı bunları edin
İnanc21:12Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
Sosial20:12İdarə rəisi işdən çıxarıldı
Magazin219:48Məşhur müğənni aparıcını yerə yıxıb təpiklədi - VİDEO
Sosial19:36Xocalının Ballıca kəndində toy: Doğma yurdda yeni həyat başlayır - FOTO











.jpg)
















.webp)
.png)









.jpg)
.jpg)



