Magazin1
Surinin nağıl kimi həyat hekayəti: “Öz uşağının amuletini çıxarıb taxıb mənim boynuma…”
Müğənni Nura Suri ilk dəfə Şuşa haqqında nağıl kimi həyat hekayəsini sosial mediada bölüşüb.
Publika.az xəbər verir ki, Şuşada keçirilən Diaspor Gənclərinin III Yay Düşərgəsi ilə bağlı Şuşaya gedənlər arasında müğənni Nura Suri də olub. Şuşadan foto paylaşan sənətçi uşaq ikən ailəsinin onu tez-tez Şuşaya gətirdiyini deyib. O vaxtlar səhhətinə görə onu tez-tez Şuşaya apardıqlarını söyləyən ifaçı orada başına gələn maraqlı bir hekayəni sosial şəbəkə izləyiciləri ilə bölüşüb:
“İlk dəfə 5-6 aylığımda Şuşada olmuşam. Sonra hər il 3 yaşıma kimi gedib-gəlirmişik. Rəvayət kimi görünsə də, olmuş hadisədir. Toppuş, ağappaq uşaq olmuşam, qonşu gəlib anama kömək etməyə, məni çimizdirəndə deyib ki, çox gözəldir, çox şirindir və sair.
Həmin gecə başıma 6 çiban çıxıb. Anam deyir, həkimə apardıq, dərman kömək eləmədi. Qucaqda yatırmışam. Başıma çıxan çibanlar ağrı verirmiş. Anam deyirdi ki, çiban gözə oxşayırdı, ağ, ortası da qara. Hər il eyni vaxtda çıxırmış. Bu səbəbdən havamı dəyişim deyə Şuşaya aparırmışlar. Bir ay orda qalırdıq. 3-cü il ora gedəndə Laçınlı bir qadın anamdan soruşur ki, bu uşaq niyə ağlayır, niyə qucaqdan düşmür. Anam danışıb o qadına məsələni. O da öz uşağının boynundakı amuleti çıxarıb taxıb mənim boynuma. Deyib ki, uşağa göz dəyib. Bu amuleti çıxarmayın. Bakıya qayıdanda amulet boynumda çartlayıb ikiyə bölünüb və ondan sonra başıma bir də o çibanlar çıxmayıb.
Üstündən illər keçib, mən indi gəlib bu yerləri görə bildim. Uşaqlıq vaxtım yadımda qalmayıb. Balaca olmuşam”.
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman4 May 20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika4 May 19:05Prezident Melonini belə qarşıladı - Video





























.png)


.jpg)



