Magazin1
Van Damın azərbaycanlı gəlini hədələdi: “Artıq işiniz mənimlə olmayacaq” - Video
11:28
Burdan mənim sual - cavab etdiyim hekayələri öz səhifələrində cəlbedici başlıqlarla paylaşan xəbər saytlarına müraciət edirəm. “Açıq profiliniz olduğuna görə paylaşımlarınızı yaymağa icazəmiz var” deyirsinizsə, mən sadə bloq aparıram və sadəcə təqibçilərim ilə bu şəkildə danışıram, bunu da etməyək ki, xəbərə çıxacaq? Rahat həyat yaşamağa imkan verəcəksiniz nə vaxtsa?
Publika.az xəbər verir ki, bu sözləri aktrisalıq sənəti barədə xoşagəlməz fikirlər səsləndirən musiqiçi Suada Hacızadə sosial mediada paylaşıb. Jan-Klod Van Damın oğlu Kristoferla ailə qurduqdan sonra məşhurlaşan pianoçu yazdığı fikirlərə görə tənqid olunub. Lakin o, bütün kino sənayesi haqqında səhv fikirdə olduğunu demək əvəzinə, bu dəfə saytları hədəf seçib:
“Sonuncu dəfə burada deyirəm, bir də hansısa xəbər səhifəsi mənim hekayə və ya paylaşımımı icazəsiz paylaşsanız, artıq işiniz mənimlə olmayacaq. Anlayın ki, insan hüquqlarımı tam pozursunuz və bu da bir cinayət işidir. Sonra mən nifrət mesajları alıram, mən niyə bundan keçməliyəm, cümləni tam tərsinə çevrirsiniz, ingilis dilində yazdıqda isə düz tərcümə olunmur”.
Xatırladaq ki, musiqiçi kino sənayesində qadına qarşı hörmətin çox aşağı olduğunu və qadının "zəif"liyindən istifadə edildiyini iddia edib. “Populyar biri olmaq istəyirsinizsə, yolu çirkindir və bu bir qayda kimidir. Bu industriya qadınlar üçün çox çirkindir və hörmətsizdir, əsasən də xaricdə”, - S.Hacızadə qeyd edib.
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR








.jpg)
.png)



.jpg)



.jpg)























