Magazin1
Brilliant Dadaşova pul töksə də, Lalə Məmmədovaya QİSMƏT OLDU
Müğənni-bəstəkar Murad Arif müəllifi olduğu və Xalq artisti Brilliant Dadaşova ilə Əməkdar artist Lalə Məmmədova arasındakı qalmaqalı daha da alovlandıran "Bu şəhər ikimizə dar" mahnısından danışıb.
Publika.az xəbər verir ki, sənətçi "O kimdir" proqramında bəstəni Dadaşovaya təqdim etməsini və onu Lalənin oxumasının səbəbini açıqlayıb. Murad bildirib ki, Brilliant bəstəyə pul töküb, aranjiman etdirsə də, təqdim edə bilməyib:
"2007-2008-ci illərdə mahnım partladı. Mən də əsə-əsə Brilliant Dadaşovaya bir bəstə göndərdim. O da yazdı ki, çox gözəldir, mahnı belə olar. Üstündən müəyyən vaxt keçir, mahnımı get-gedə çox sevirəm, mahiyyətini anlayıram. Düşündüm ki, müğənni sevmədi, özünü bu mahnıda görmədi, qəlbimi sındırmır deyə, demir. Qarşı tərəfdən bir mesaj almadım və mahnını göndərdim digər sənət adamlarına: Lalə Məmmədova, Nadir Qafarzadə, Zülfiyyə Xanbabayeva, Abbas Bağırov, İradə İbrahimova, Xatirə İslam, Günay İbrahimli, Günel Zeynalova. Bilirəm ki, yaxşı mahnıdır və çıxartmaq istəyirəm.
Nə bilim ki, Brilliant Dadaşova mahnını o qədər sevib ki, onu Azərbaycanda yox, Türkiyədə hazırlayır. Pul töküb orada aranjiman edib. Fettah Cana pul verib, aranjiman olunub, amma qarşı tərəf mahnını verməyib. Brilliant xanım pul tökür Metin Özülküyə aranjimana verib. Mahnı aranjiman olunur və kompüter yanır. Bu ərəfədə də Lalə Məmmədovadan cavab aldım. Razılaşdıq, pulu qoydum cibimə. Mahnı çıxdı və bildim ki, Brilliant Dadaşovada iki ildir belə talehsizlik yaşanıbmış". (axşam.az)
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO






.jpg)




























.jpg)


