Magazin1
Məşhur aktyora ağır itki
Tanınmış rejissor və aktyor Kamal Yaşarın anası vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə aktyor özü sosial mediada xəbər yayıb. O, bildirib ki, anasını itirmək həyatında ən böyük qorxusu idi:
“Anam əbədiyyətə qovuşdu! Aqibətindən ürəyim aramdır, amma özüm ürəyimə xəncər saplanmış kimiyəm. Bu, mənim uşaqlıqdan daşıdığım bir qorxu idi. Həmişə onu bur gün itirəcəyim anın düşüncəsinin dəhşəti ürəyimi yandırırdı. Amma nə yazıq ki, bu, hamımızın yaşayacağımız və yaşadacağımız şeydir...
Dəfn və yas mərasimi bu gün günorta (cümə, 18 noyabr) Gəncədə baş tutacaq və dost-doğmalar, tanış-bilişlər başsağlığına gələcək. Mənim xahişim isə Gəncədən uzaqda, xüsusən Bakıda olan dost-yoldaşlarla bağlıdır. Mənimlə olan münasibətə görə dostların, yoldaşların mənəvi öhdəlik hiss edib uzaq yol gəlməsini, yol narahatlığı yaşamasını rəva bilmirəm, ehtiramınız yetər.
Amma namaz qılmağı bacaran və mənimlə dostluq, qardaşlıq-bacılıq xətri olan hər kəsdən əgər fürsət olarsa, bu axşam anamın ruhu üçün vəhşət namazı qılmağı əllərinizdən öpərək rica edirəm! Namaz üçün isim: Məmmədova Minarə Musa qızı.
Namaz qıla bilməyən və sevgisini paylaşmaq istəyən hər kəs isə anamın ruhu üçün dilinin ucuna bir dua, surə, ayə, istiğfar, salavat və ya rəhmət gətirə bilər.
“Hamımız Allahdanıq və ona tərəf qayıdacağıq””, - deyə aktyor paylaşımında qeyd edib.

-
MDB10:31Budanov: "Müharibənin dayandırılması real deyil!"
-
Digər10:13Nepaldakı fəlakət iqtisadiyyatı da vurdu - Bərpaya 5 milyard lazım olacaq
-
MDB09:56Hərbi komissar öldürüldü
-
Digər09:27Leninə iş kəsdilər - Sabiq prezident rüşvət alıbmış
-
Nida Xəbər 08:15Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
-
Elm və təhsil07:35Peşə məktəblərində ödənişi 5 min manat olan ixtisaslar: Üstünlükləri nədir? - Video
-
Magazin202:43Kerem Bürsin əməliyyat olundu - Foto
-
Qoroskop01:40Günün qoroskopu: bu məsələlər diqqət mərkəzində olacaq











.jpg)









.jpg)


.jpg)










.jpg)

.jpg)