Magazin1
Van Damın azərbaycanlı gəlini özündən çıxdı: "Artıq bezmişəm"
"Mən həqiqətən başa düşmürəm. Bu nə deməkdir? Heç bir səbəb olmadığı və bir-birini tanımadığı halda qadınlar qadınlara sataşır, bir-birini aşağılayır, bir-birinə nifrət edir və s. Bu nifrət haradan qaynaqlanır? Qısqanclıqdır? Yoxsa özünüzlə xoşbəxt deyilsiniz, yaxud öz mənliyinizə şəfa vermək əvəzinə nifrətinizi başqalarına yükləmək sizin üçün daha asandır? Yoxsa elə bilirsiniz ki, kimsə xoşbəxtdirsə, sizin çörəyinizi, suyunuzu oğurlayıb?"
Publika.az xəbər verir ki, bu sözləri Jan-Klod Van Dammın oğlu Kristofer Van Damla ailə quran azərbaycanlı pianoçu Suada Hacızadə sosial mediada yazıb. Sosial mediada qısqanmaya, yersiz irad və tənqidlərə məruz qalan musiqiçi etiraf edib ki, bu münasibəti əsasən öz həmcinslərindən görür:
"Davamlı olaraq saxta qadın hesablarından mənə ölüm diləyən, hətta sonunda "Amin" yazılan mesajlar alıram... Hesabımı silməyimi tələb edən, mənə ən pis ad qoyan və sair mesajlar... Baxın, mən sadəcə öz həyatımı yaşayıram, bu mesajlarla maraqlanmıram və onlara heç vaxt cavab verməyəcəm. Lakin ümumilikdə mənə maraqlıdı, niyə də? Bir çox qadın digər qadınlara nifrət edir. Bəzi qadınlar bir-birinə dəstək olmaq və güclü olmaq əvəzinə bütün daxili çirkli enerji ağırlığını başqalarının üzərinə atır və bundan zövq alırlar. Zarafat deyil.
Kişilər isə ən pis mübarizədə olsalar da, belə bir-birlərinə qardaş deyirlər. Məncə, qadınlar onlardan bir şey öyrənməlidirlər. Təəccüblü deyil ki, bu davranışlarına görə bəzi qadınlarla dost olmaq çətindir, halbuki kişilər bir futbol komandası kimi dost ola bilirlər. Odur ki, bir kənardan baxın, insanlar öz işlərinə fikir versələr, nifrət yox, yalnız pozitivlik yaysalar, həyat asan olmazmı? And içirəm ki, hər gün nə qədər insanı bloklayıram, daha aldığım nifrət dolu mesajlar məni maraqlandırmır, amma ümumilikdə qadınların digər qadınlara qarşı bu davranışından bezmişəm".

-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ








.jpg)
.png)









.jpg)


















