Magazin1
Lalə efirlərdəki təhsilsiz müğənnilərdən gileyləndi: Kaş ki, onlardan...
Əməkdar artist Lalə Məmmədova televiziyalardan incidiyini etiraf edib.
Publika.az xəbər verir ki, sənətçini ən çox narahat edən isə bayağı ifaçılarla eyni səhnəni bölüşməsidir. Bu haqda Məmmədova “Mtv maqazin” verilişinə müsahibəsində danışıb.
O, təhsilsiz müğənnilərin çoxalmasından gileylənib:
“Bu gün biz niyə televiziyadan bir az kənarlaşmışıq? Çünki eyni qazanda qaynayırıq. Təhsil almışam, mən də ucuz bir şeylərə qaçıb, daha çox maddiyat qazana bilərdim. Amma bundan keçmişəm. Demişəm ki, yox, edə bilmərəm. Mənim üçün musiqinin mənəvi dəyəri daha çoxdur. Kaş ki, bu mahnıları oxuyanlar Azərbaycanın klassik musiqisindən, muğamlarından xəbərdar olardı. Və bilərdi ki, necə bəsit bir şeylər oxuyur.
Onlara aqressiyam ona görə yoxdur ki, bu gün internet dövrüdür. Və insandır, özü üçün oxuyub, paylaşır, birdən milyonlarla baxış gəlir. Nə etsin? İstər-istəməz o da bir özgüvən verir, başlayır çalışmağa. Mən düşünürəm ki, onlar arasında istedadı, səsi olanlar var. Kaş ki, onlardan düzgün istifadə edib, gözəl mahnılar oxutdurmaq olardı”. (Olay.az)
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi








.jpg)



.jpg)





.jpg)

















.jpg)

.jpg)