Magazin1
Azərbaycanlı məşhur İngiltərədə ilki həyata keçirdi - VİDEO
İngiltərədə özünün “EMİNZADA” vokal studiyasını açan Azərbaycanlı ifaçı, prezident təqaüdçüsü Emin Eminzadə yeni albom buraxmağa hazırlaşır.
Publika.az xəbər verir ki, 2020-ci ildə müğənni Londonun nüfuzlu universitetlərindən birinə - Britaniya və İrlandiya Müasir Musiqi İnstitutuna daxil olub və onu fərqlənmə diplomu ilə bitirib. Artıq iki ildir ki, musiqi karyerasını orada davam etdirir, mahnılar buraxır, layihələr üzərində işləyir və Azərbaycan musiqisini təbliğ edir.
Vokal studiyasında oxuma və mahnı yazmaqdan dərs deyən musiqiçi tələbələrini əsasən Azərbaycan xalq, klassik və müasir musiqi ilə tanış edir.
“Bu ideya məndə çoxdan var idi, lakin iş və təhsilin sıx qrafiki səbəbindən həyata keçirməyə imkan yox idi. Mən çox istəyirəm ki, musiqimiz bütün dünyada tanınsın və ifa olunsun. Təcrübəmi və məsləhətlərimi onlarla bölüşürəm və tələbələrin nəticələrindən razıyam. Studiyada da konsertlər təşkil edirik. Gələcəkdə bu studiya ilə bağlı çoxlu planlarım var”, - deyə Eminzadə bildirib.
Sənətçi qeyd edib ki, bu ilin fevralında çıxması planlaşdırılan yeni musiqi albomunun da yazılması üzərində işləyir.
Emin Eminzadə Qazaxıstanda keçirilən "Qızıl mikrofon" müsabiqəsinin qalibidir. İtaliyada keçirilən Elia Catalano və 2012-ci İspaniyada təşkil olunan Opus müsabiqələrində iştirak edib. O, Bakıda məşhur İtaliya müğənnisi Robertino Loretti ilə eyni səhnəni bölüşərək onunla "Jamayka" və "O Sole Mio" kompozisiyasını duet oxuyub. Dünya şöhrətli ulduz bu ifadan sonra Eminzadəni "Azərbaycanın Robertinosu" adlandırıb. O, hətta ABŞ-da tələbə mübadiləsi proqramı üzrə təhsil almaq üçün təqaüd qazanmağa müvəffəq olub və Texasda təhsil alıb. Emin Eminzadə daha sonra Amerika Musiqi və Dram Akademiyasına daxil olub və oranı bitirib. Hazırda gənc müğənni Azərbaycanda, Türkiyə və ABŞ-da karyerasını davam etdirir. Müğənninin adı "Azərbaycanın gənc ifaçılarının qızıl kitabı"na düşüb.
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ13 Oktyabr 21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art13 Oktyabr 19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO







.jpg)
.png)

























