Magazin1
"Nigar xanımı bir insan kimi sevməyə bilərəm" - VİDEO
Stilist və vizajist Anar Ağakişiyev müğənni Nigar Camal ilə münasibətlərindən söz açıb.
Publika.az bizim media-ya istinadən xəbər verir ki, bununla bağlı Anar qonaq olduğu "Səhərin səsi" verilişində danışıb.
Bir müddət əvvəl avtomobilinə hücüm edilən Nigara sosial şəbəkədə dəstək olan stilist bu addımının barışıqla əlaqəsinin olmadığını bildirib:
"Sosial şəbəkədə Nigar Camalla bağlı qabağıma xəbərlər çıxdı. Bir azərbaycanlı bəy kimi fikrimi bildirdim. Fərq etmir, o avtomobildə Nigar Camal da ola bilərdi, bacım, anam da ola bilərdi, heç kimin haqqı yoxdur bir xanımla və ona məxsus olan avtomobillə elə rəftar etməyə. Bu hadisənin oxşarı mənim də başıma gəlmişdi. Mənim Azərbaycanda düşmənim yoxdur. Nigar xanımı bir insan kimi sevməyə bilərəm və ya onunla münasibətim olmaya bilər.
Amma əgər burada bir qadına qarşı kişi tərəfindən təhqirlər olunursa, mən bu haqsızlığa dözə bilmərəm. Sadəcə bu məsələyə fikrimi bildirdim. Sabah və ya biri gün danışmadığım bir insana qarşı haqsızlıq olsa, əgər mənə toxunursa və zamanında həmin hadisəni yaşamışamsa, fikrimi bildirəcəyəm. Amma bütün bunlar ona gətirmir ki, sabah Nigarla görüşəndə öpüşüb, görüşüb, qucaqlaşıb, " ən yaxşı dost" olacağam. Salamını verəcək, salamını alacaq bu qədər".
Daha sonra Anar illər əvvəl Nigarla Röya arasında "Altın Kelebek" mükafatlanma mərasimində yaşanan qalmaqalı xatırladaraq, hadisələri belə analiz edib:
"O məsələ Nigar Camal ilə Röya Ayxan arasında olan mübahisə idi. Mən üçüncü şəxs idim. Doğruları söylədiyim üçün Nigarın aqressiyası mənə tərəf yönəldi və xətrimə dəydi. İlk salamını verər, salamını da alar. Mən analiz etməyi sevən insanam. Bir insan kiməsə qarşı nəsə etdisə "barmağımı dişləyirəm". Röya ilə Nigar barışa bilər, onların şəxsi işləridir və kinli deyiləm. O situasiyada Nigar Röyaya yalan danışdı. Bu artıq mənim üçün bir dərsdir. Bu gün ona yalan danışan, görün sabah mənə nələr edər".
Milli.Az
-
Nida Xəbər 14:36Humanitar yardım Azərbaycan-İran sərhədinə çatdı - Yenilənib
-
MDB14:26Hərbi cani yenidən fəallaşdı: "Məğlub ölkənin lideri istefa verməlidir"
-
Hadisə12:36Dəm qazından zəhərlənən 6 uşaqdan biri öldü
-
Sağlamlıq11:56Bizi ölümə yaxınlaşdıran ciddi simptomlar - Həkim "dərhal təcili yardım çağırın" deyir
-
İdman11:25Boşanmasından danışdı: Allaha çox minnətdaram
-
Nida Xəbər 10:00İran səfiri: "Azərbaycan humanitar yardım göndərən ilk ölkə idi"
-
Sağlamlıq08:45Azərbaycanda tüğyan edən xəstəliyin müalicəsi açıqlandı - Bununla sağalın
-
Hadisə08:30Xəzərdə zəlzələ oldu







































