Magazin1
Xalq artisti erməni ifaçıya görə Fatih Altaylıya yazdı
Xalq artisti Brilliant Dadaşova “Sarı gəlin”i erməni dilində oxuyan ifaçıya görə türk aparıcı Fatih Altaylıyla əlaqə saxladığını açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə o, “Göstərir radio” verilişində qonaq olarkən danışıb. Dadaşova deyib ki, hadisə bir müddət öncə baş verib:
“Türkiyədə verilişdə erməni əsilli bir opera müğənnisi dəvt etmişdilər. Türk dilində danışırdı. Tarixdən bəhs edirdi. Mahnının sözlərini yerləşdirdiyimiz, pipiter qoyulmusdu, danışdılar, “Sarı gəlin” oxumağa başladı. Erməni dilində ifa edirdi. Orada nömrə yazılmışdı, mən də zəng etdim, götürmədilər. Fatih Altaylıya yazdım ki, xahiş edirəm, diqqətlə baxın. Bu insan erməni dilində “Sarı gəlin”i səsləndirir, özü də sözləri kağızdan oxuyur. Bu bir sübutdur. Əgər onların xalq mahnısı olsa, o sözləri əzbər bilərdi. Sözlər sonradan yazılıb deyə kağızdan oxuyur. Sən mikrofonunu götür Bakıya gəl, istənilən insana, satıcıya, müəllimə, həkimə desən, “Sarı gəlin”i oxuyacaq. Özü də pipitersiz, kağızsız bir bənd də olsa, oxuyacaqlar. Bu insan pipiterın üstünə sözləri qoyaraq ilə sübut etdi ki, xalq mahnıları deyil, yeni yazıblar”.
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi








.jpg)

























.jpg)

.jpg)