Magazin1
Aygün Kazımova ad günü ənənəsinə sadiq qaldı - VİDEO/FOTO
Xalq artisti Aygün Kazımova hər zamankı kimi bu il də ənənəsinə sadiq qalıb. Ölkənin əsas ulduzu ad günündə sevənlərinə sürpriz edərək, yeni klipini onların ixtiyarına verib.
Publika.az xəbər verir ki, "Sağ-salamat" adlanan mahnının ekran həlli türkiyəli məşhur rejissor Selim Akara həvalə olunub. Bəstənin müəllifləri Yap10 (Zamiq Əliyev) və Saybudur (Səbuhi Məcnunlu).
Klip üçün Kazımova yenə Türkiyəyə yollanıb. İstanbulda lentə alınan ekran işi üzərində 100 nəfərdən çox heyət çalışıb. Klipdə rəqqaslar, aktyorlar rol alıb.
Bir ay içində ikinci klipini təqdim edən müğənni ekran işində obrazdan obraza girib. Bir neçə geyimdə kamera qarşısına keçən ulduz üçün libaslar xüsusi hazırlanaraq xaricdən gətirilib. Pop diva əl işi olan taclarla görünüşünü tamamlayıb.
Çəkiliş zamanı A.Kazımova bir çox çətin səhnələri oynayıb. Qədəh üzərində uzandığı görüntülərin lentə alınması isə ifaçıya çətin anlar yaşadıb. “Sağ-salamat” artıq dijital platformalarda da satışdadır.
-
ABŞ08:15Pentaqon UNO-larla bağlı yeni gizli sənədlər toplusunu yayımladı
-
Dünya07:35Qırmızı dənizdə böyük savaş qoxusu - Türkiyə donanması səhnəyə çıxır
-
Sosial06:46Komitə rəsmisindən valideynlərə xəbərdarlıq
-
Magazin203:43"Çukur"un aktrisası ailə qurdu: gəmidə nikah mərasimi... - Foto
-
Qoroskop01:20Günün ulduz falı: iş həyatınızda müsbət irəliləyişlər olacaq
-
İdman7 Avqust 23:35Rusiya məşhur klubun stadionunu bombaladı - Video
-
Hadisə7 Avqust 22:04Kanalda boğulan 15 yaşlı yeniyetmənin fotosu - Yeniləndi
-
Magazin17 Avqust 20:00Ceki Çan Bakıdakı çəkiliş zamanı zədələndi - Foto











.jpg)

.jpg)













.jpg)








