Magazin1
“Xoş gəldin” 11 il sonra yenidən gündəmdə - VİDEO
Xalq artisti Tünzalə Ağayeva yeni duetini təqdim edib.
Publika.az xəbər verir ki, pop ulduz bu dəfə gənc müğənni, “Avroviziya” iştirakçısı, “The Voice” yarışmasının qalibi Nadir Rüstəmli ilə bir araya gəlib.
Estrada ulduzları 2013-cü ildə çıxan “Xoş gəldin” mahnısına yeni nəfəs veriblər.
Onların duetləri böyük maraqla qarşılanıb.
Xalq artisti yaranan duetlə bağlı təəssüratlarını bölüşüb:
“Nadir Rüstəmli böyük səs diapazonuna malikdir. Bu mahnının öhdəsindən özünəməxsusluqla, məharətlə gəldi. Mən çox bəyəndim duetimizi və inanıram ki, mahnımın duet versiyası da çox seviləcək”.
Qeyd edək ki, sözügedən duet Heydər Əliyev Mərkəzinin parkında gerçəkləşən “Yay festivalı” adlı bağlanış konsertində səsləndirilib.
-
Nida Xəbər 14:50Hacıbala Abutalıbov Qaxdan qovuldu
-
İdman13:00Rövşən Nəcəf eyham vurdu: AFFA işlək qurumu ləğv edəcək?
-
Nida Xəbər 12:22Deputat pəncərədən tullanıb qaçıbmış...
-
Köşə11:43Bir də çalınmayacaq bizim zəngimiz... - Bu da son
-
İdman11:24UEFA "Qarabağ"a neçə milyon ödəyib? - AFFA AÇIQLADI
-
Köşə09:12Azərbaycanda məmurdan sensasion etiraf: Tapşırıqla...
-
Avropa08:48Şahzadə Harri qadın jurnalistə görün nə yazıb - İlk görüşdən sonra...
-
Magazin106:16"Birlikdə keçirdiyimiz son ad günü..." - FOTO




































