Magazin1
Tünzalə Ağayeva Xankəndidə - VİDEO
Xalq artisti Tünzalə Ağayeva Qarabağımızın ən zəngin və dilbər güşələrindən olan Xankəndiyə yollanıb.
Publika.az xəbər verir ki, buna səbəb orada keçirilən konsert proqramında iştirak idi. İlaxır çərşənbəyə həsr olunan gecədə pop ulduz bir sıra hitlərini səsləndirib.
Uşaqdan-böyüyə hər kəs sevilən müğənni ilə birlikdə bütün mahnıları əzbərə söyləyib. Tünzalə Ağayevanın çıxışı böyük coşqu, izdiham və gür alqışlarla qarşılanılıb. Xalq artistinin çıxışından sonra isə pərəstişkarlar onunla birlikdə fotolar çəkdiriblər.
İlk dəfədir Xankəndiyə gedən estrada ulduzu sevincini bölüşüb: “İlaxır çərşənbəmiz, Novruzumuz xeyirli olsun. Novruz xeyir, bərəkət, sağlıq gətirsin. Bu, həyatımın ilk səfəri idi Xankəndiyə və məhz belə bir gündə burada səhnə almaq məni çox gürurlandırdı. Xankəndi, səni görmək ən böyük bayramdır”.
Qırmızılara bürünən estrada ulduzunun geyimi də böyük maraqla qarşılanılıb. Onun kardiqanı və ümumilikdə bütöv Novruz obrazı üzərində yerli dizaynerlər çalışıb. Özəl olaraq Xalq artisti üçün toxunulan bu üst geyim gözoxşayıb. Saç düzümü və makiyaj isə stilist Sabir Bağırova məxsusdur.
Tədbirdən ən rəngarəng və maraqlı görüntüləri təqdim edirik:
-
Rəsmi xronika15:43İlham Əliyev sərəncam imzaladı
-
Hadisə14:30Fərhad Mehdiyevin qızının həlak olduğu qəzanın görüntüləri - VİDEO
-
Magazin213:13Şvartsenegger 14 illik sevgilisini üzə çıxardı: Görün kimdir - FOTO
-
Region12:04Simonyanla Anelya rəsmi nikaha girdilər
-
Dünya10:30Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi
-
Rəsmi xronika10:27Prezident ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul etdi
-
Hadisə09:13Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI
-
Sosial08:30“Onunla son saatlarımı keçirirəm” - Qızının faciəvi ölümündən yazdı






_(1).png)





























