Magazin1
Flora Kərimova niyə efirlərə çıxmır? - Köməkçisindən AÇIQLAMA
"Flora xanımın 84 yaşı var, daha efirlərə çıxmır. O, zamanında səhnədə sözünü deyib. Televerilişlərə gedəndə yorulur. Heç müsahibələr də vermir. İndi bağdadır, hər gün təmiz havada gəzir, istirahət edir. İnternetdən xəbərləri oxuyur. Gündəlik qrafiki təxminən belədir, darıxmır. Evə bağlı adamdır".
Publika.az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında Xalq artisti Flora Kərimovanın köməkçisi deyib.
"Daha yeni mahnılar yazdırmır, istəmir. O, elə mahnılar oxuyub ki, bir ömür unudulmaz. İndi studiyaya gedib səs yazdırmaq üçün səhhəti imkan vermir, yaş öz sözünü deyir. Flora xanım səhnədə öz möhürünü vurub. İndi Flora xanıma istirahət lazımdır. Bu yaxınlarda qızı və nəvəsi gələcək. Nəvələr üçün çox darıxır", - o bildirib.
"Xalq artistinə sənət yoldaşları baş çəkirmi?" sualına belə cavab verilib:
"Bir neçə dəfə Nadir Qafarzadə zəng edib. Rövşən Civişov gəlib maraqlanır. Müğənni Züleyxa Mirismayılovanın bağı yaxınlıqdadır, o, tez-tez gəlib baş çəkir".
Flora Kərimovanın plastik cərrah Sevinc Heydərova ilə məhkəmə çəkişməsinin nə yerdə olması ilə də sual ünvanlandı:
"Sevinc Heydərova işindən azad olundu və sertifikatı əlindən alındı. Flora xanıma da elə bu lazım idi".
-
Hadisə17:44Nizami Gəncəvinin abidəsi təhqir olundu - VİDEO
-
MDB17:09Kadırovun oğlu Ukraynadakı əməliyyatlara verdiyi töhfəyə görə təltif edildi
-
Hadisə16:13"Makedon" vəfat etdi
-
Yaxın Şərq15:55İsrail ordusu indi də Suriyaya girdi
-
MDB14:28Ukrayna son sutkada 1400-ə yaxın hərbçi itirib? - Şok iddia
-
Magazin214:0249 yaşlı Şakiranın yeni imici - FOTO
-
Enerji13:53İşğalda olan şəhərdə böhran - Benzin talonla alınacaq
-
MDB13:45Zaxarova: "Kosmonavtlarımızın ABŞ-dan oğurladığı yeganə şey..."




































