Əks cinsin nümayəndələrindən özümə qarşı qıcıq görürəm - Ayan Babakişiyeva
Bizi izləyin

Magazin1

Əks cinsin nümayəndələrindən özümə qarşı qıcıq görürəm - Ayan Babakişiyeva

Əks cinsin nümayəndələrindən özümə qarşı qıcıq görürəm - Ayan Babakişiyeva

"Demirəm gözələm, amma mənə qarşı qıcıq var. Xanımlardan deyil, əks cinsin nümayəndələrindən özümə qarşı qıcıq görürəm. Bilmirəm aqressiya nədən irəli gəlir".

Publika.az xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva "Öz aramızda" verilişində deyib. O, sosial şəbəkədə ünvanına tənqid yazılmasına toxunub:

"Şərhləri oxuyanda özümə də gülməli gəlir. Kor deyiləm ki... Bəylər niyə yazır bilmirəm. Bəlkə doğruları deyirəm, ona görə. Kim nə danışır vecimə deyil. Necəyəm özümü elə göstərirəm. Mələk kimi görünməyə çalışsam da, eynidir".

Ayan Naxçıvan konsertində yaşadıqlarından, bununla bağlı yayılan xəbərlərdən bəhs edib:

"Deməli, nə gözəl konsert vermişəm ki, hələ də danışılır. Konsertdə tarix dəyişikliyi olmalı idi. Edə bilmədiyimiz üçün məcbur səhnəyə çıxdıq. Buna görə də o qədər komanda ilə getdim, əla performans göstərdim. Şəhər boş idi, yay istirahətinə görə. İlk dəfə Naxçıvanda bilet satışı ilə konsert olub. Həmişə pulsuz konsert olub. Biz biletə çox simvolik məbləğ qoymuşduq. Çünki xeyriyyə konsert idi. Hətta komandamı öz cibimin pulu ilə aparmışdım. Mənim üçün danışılıb, müzakirə edilirsə, uğurdur".(Axşam.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm