Magazin1
Namiqdən həmin görüntülərlə bağlı açıqlama - VİDEO
Bir neçə gün öncə Xalq artisti Aygün Kazımova və meyxanaçı Namiq Qaraçuxurlunun səhnə aldığı toyların birində gözlənilməz an yaşanıb. Belə ki, qonaqlardan biri sərxoş halda Kazımovaya yaxınlaşdıqda o qorxaraq geri çəkilib. Qaraçuxurlu isə heç bir reaksiya bildirmədən ifasına davam edib. Həmin görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Publika.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, geniş müzakirələrdən sonra meyxanaçı bu gün rəsmi instaqram hesabında məsələyə aydınlıq gətirib.
N.Qaraçuxurlu sözügedən şəxslə başqa bir videosunu paylaşaraq bu sözləri yazıb: “Mən öz mədəniyyətimlə fəxr edən adamam. Bütün incəsənət adamlarını da belə görmək istəyirəm. Bu sizin bir neçə gündür seyr etdiyiniz görüntülərdən 5 dəqiqə öncə baş verən səhnədir. Bu qardaşımız doğmamız, azərbaycanlımızdır. Mənə və sonra Aygün xanıma olan sevgisini son dərəcə saflıqla, içdən bildirən adamdır. Hətta mən səhnədən çıxdıqdan sonra Aygün xanım onu yenidən səhnəyə səsləyirdi.
Belə bir adamı sosial şəbəkələrdə az qala “terrorçu” ediblər. Və guya mən 5 dəqiqə öncə qucaqladığım bu qardaşımızdan qorxmuşam. Toy sahiblərinin bu qardaşımıza yaxınlaşdığını, ümumiyyətlə burada heç bir xəta ola bilməyəcəyini görüb kənardan “orada dava gedir” ab-havası yaranmasın deyə uzaqlaşmağımı bu qədər səmimi, sevgi dolu bir adamdan qorxmağım kimi təqdim edirlər. Biz belə sevgi ilə, demək olar ki, hər gün rastlaşırıq. Belə insanlara qayğı ilə yanaşmağı şəxsən mən özümə borc bilirəm.
Bəzi travması olan insanlara səslənirəm: Allah şahiddir ki, mən sizi başa düşürəm. Kaş ki, taleyiniz belə olmazdı. Çünki siz də bizim doğma millətimizdənsiniz. Lakin siz məndən özünüz kimi birini düzəldə bilməyəcəksiniz. Mən qanacağım və düşüncəm ilə sizin övladlarınıza dəyərlər ötürməyi daha vacib sayıram. Və sonda xəbis adamları lərzəyə salacaq bir dua: Allah sizə də, mənə də ürəyimizə görə versin”.
Həmin görüntüləri təqdim edirik:
-
Magazin112:00Məşhurluqdan həbsxanaya: Azərbaycanda cinayətlə gündəmə gələn qadınlar
-
İdman10:30Yamal bu oyuna 150 min avroluq kulonla gəldi - FOTO
-
Nida Xəbər 09:18Etimadın sirri: İlham Əliyevə dəstəyin səbəbləri...
-
Sosial09:12"Arzum" niyə 5 il 2 ay müddətinə həbs edildi? - Hakimdən AÇIQLAMA
-
İqtisadi gündəm08:48Qızıl kəskin bahalaşdı
-
Magazin206:16Çəkilişlər başlamadan serialdan ayrıldı
-
İdman05:15Ronaldo Dünya Kubokunda yeni rekorda imza atdı
-
Region04:14Ankara Cevdet Yılmazı Tehrana göndərir










.jpg)



















.jpg)






