Magazin1
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Əməkdar artist Yadigar Muradov vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə teatrın "Facebook" sosial media hesabında paylaşım edilib.
O, müalicə aldığı xəstəxanada həyata gözlərini yumub.
Xatırladaq ki, Əməkdar artist ötən gün Milli Onkologiya Mərkəzindən Ə.D. Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına köçürülmüşdü. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Muradov Yadigar Məmməd oğlu 1958-ci ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olub.
1980-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Təyinatla bir müddət Ağdam Dövlət Dram Teatrında fəaliyyət göstərdikdən sonra Şuşa Mədəni-Maarif Texnikumuna dəvət olunub və 1990-cı ilə qədər burada aktyorluq ixtisası və səhnə danışığı fənləri üzrə dərs deyib.
1990-cı ildə Şuşa Dövlət Musiqili Dram Teatrı yaradıldıqdan sonra həmin teatrın direktoru təyin edilib və ömrünün sonuna qədər bu vəzifədə çalışıb.
2024-cü ilin yanvar ayında sənətkarın orqanizmində xərçəng xəstəliyi aşkarlanıb.
Yadigar Muradov sənət və mədəniyyət sahəsindəki xidmətlərinə görə dövlət tərəfindən 2018-ci ildə “Tərəqqi” medalına, 2025-ci ildə isə Prezident Mükafatına layiq görülüb.
-
Magazin106:16Daha bir serial eşqi gerçək oldu - FOTO
-
Dünya02:42Həmin pillə AYA ÇIRPILACAQ - Yerin təbii peykini toz dumanı bürüyəcək
-
Avropa01:41Bu ölkədə yüksək yanğın təhlükəsi xəbərdarlığı elan edildi
-
Magazin101:11Ruhəngiz Musəvi həyat yoldaşının qoyduğu qadağadan danışdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Strateji qərarlar verə bilərsiniz
-
Cənubi Qafqaz28 İyul 23:36Ermənistanda əsgəri vəhşicəsinə döydülər: "Vəziyyəti o qədər ağır olub ki..." - FOTO
-
İdman28 İyul 23:24Uayt Makreqorla bağlı xəbəri çatdırdı - Ən azı bir il…
-
Dünya28 İyul 22:48Dünyanın ən yaxşı çimərlikləri - Ağ qum, firuzəyi rəngdə su...








.jpg)



























