Magazin1
Aşıq Namiq: 40 il şeytanla dostluq etmişəm
43 yaşlı Aşıq Namiq Fərhadoğlu yenə evlənmək fikrinə düşüb.
Publika.az pravda.az-a istinadla xəbər verir ki, o, "Rəngarəng" verilişində axtardığı namizəddən gözləntilərini dilə gətirib:
“Subaylıq sultanlıq deyil. 25 yaşdan o tərəfə qoyma qalsın. Axtarışdayam. Əməlisaleh bir qızı Allah qarşıma çıxarsın. Namiqi başa düşən, məni kimi Allahın yolunda olmalıdır. Ən birinci namaz qılmalı, oruc tutmalıdır.
Yayda namaz sübh vaxtı dördün yarısına düşür. O vaxt azan səslənəndə deməsin ki, bu nə edir? Belə şey olub, zəng ediblər, demişəm ki, namazı bitirmişəm, zikr edirəm. Deyiblər ki, camaat beş dəqiqə namaz qılır. Deyirəm ki, 40 il şeytanla dostluq etmişəm, heç olmasa bundan sonra Allahla dostluq edək, məni günaha batırmayın, Allah məni bu yola gətirib, qoy axıra qədər davam edim, niyə şeytanlıq edirsiniz?
Görürəm ki, indidən dözmür, sağollaşıram. İnsanın ömür-gün yoldaşı da özünə uyğun olmalıdır. Aşıq olmaz. Bir evdən bir nəfər bəsdir. Xanım gecə on ikidə gəlsin evə...
Evdar olsa, daha yaxşı olar. Uzaq başı müəllim ola bilər. O qədər namuslu, qeyrətli müğənnilərimiz var, sadəcə mən qısqanc bir adamam. 21 yaşım var, yaşımın yarısının gecəsini yatmışam. Qızımın 18 yaşı var, universitetdə oxuyur, tələbədir. İnsan fikirləşməlidir ki, övladım yaşında qızla necə evlənim? Buna görə 25 yaşdan yuxarı olsun, 30 daha yaxşıdır".
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyatınıza ciddi bir insan daxil ola bilər
-
Magazin19 İyun 23:48“Qadının gözəlliyi baxışında gizlidir” - FOTO
-
MDB9 İyun 23:12Dağıstanda magistral qaz kəmərində güclü partlayışlar baş verdi - VİDEO
-
Sosial9 İyun 22:24Məktəbli qız Bərdə sakininə qoşulub qaçdı
-
Magazin19 İyun 21:36Xatundan ETİRAF: “Ondan qorxuram, məni danlayır”
-
MDB9 İyun 20:00Qeyri-adi toy: Bəy mərasimə onlayn qatıldı
-
Səhiyyə9 İyun 18:45Azərbaycanda quş qripi və Nyukasl xəstəliklərinə yoluxma halı var?
-
Nida Xəbər 9 İyun 18:12Nərmin Əhmədovaya yüksək vəzifə verildi






































