Magazin1
Ay yazıqlar, bilmirsiniz ki, əriniz kimin yanındadır - Təranə Qumral əsəbləşib elə sözlər dedi ki...
Müğənni Təranə Qumral TikTok sosial şəbəkəsində açdığı canlı yayım zamanı bəzi izləyicilərə əsəbiləşməsi ilə diqqət çəkib.
Publika.az xəbər verir ki, həyat yoldaşı Musa ilə romantik anlarını paylaşan sənətçi, bunu qısqanclıqla qarşılayan izləyicilərə sərt reaksiyasını gizlətməyib.
Təranə Qumral bildirib ki, ailəsində huzur olmayan insanların başqalarının xoşbəxtliyinə dözümsüz yanaşması təəccüblü deyil.
Canlı yayımda səsləndirdiyi fikirlərdə müğənni normal ailə modelindən danışaraq qeyd edib ki, sağlam münasibətlərdə ər və arvad arasında birlik və qarşılıqlı anlaşma olur. Onun sözlərinə görə, bəzi ailələrdə bu birlik yoxdur və məhz buna görə də bu gündədirlər.
Təranə Qumral çıxışında onu tənqid edənlərin və qısqananların paxıllıq etdiyini vurğulayıb, bu cür münasibətin səbəbinin şəxsi ailə problemlərindən qaynaqlandığını deyib:
"Ay yazıqlar, dağınıqlar... Ailəsində huzuru olmayanlar, sizə çox yazığım gəlir. Siz çox istərsiniz ki, Musa kimi ər yanınızda olsun, sözünüzlə oturub-dursun. Normal ailələrdə görmüşəm ki, ər nə deyir, qadın onu deyir, qadın da nə deyirsə, ər onu deyir.
Birliyi olmayan ailələr var, heç bir sözü də keçmir. Əriniz üzünüzə baxmır deyə, o gündəsiniz, ay yazıqlar. Buna görə belə edirsiniz. Bilmirsiniz ki, əriniz kimin yanındadır. Paxıllığınızdan ölürsünüz, ölün".
Müğənninin emosional açıqlamaları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi izləyicilər onun mövqeyini dəstəkləsə də, digərləri sərt ifadələrdən istifadə etməsini tənqid ediblər.
(Milli.az)
-
Rəsmi xronika20:12Özbəkistanlı tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
-
Sosial20:00100 illik ziyarətgahı qanunsuz qazdılar: Sümüklər çıxdı - FOTO
-
Nida Xəbər 19:55Prezidentin dövlət səfəri Özbəkistan mətbuatında - FOTO
-
Magazin219:00"Klon"un 74 yaşlı ulduzu gəncliyin əsas sirrini açdı - FOTO
-
MDB18:48Tokayev vitse-prezidentin adını bu tarixdə açıqlayacaq
-
Nida Xəbər 18:36Leyla Əliyeva oğulları ilə Daşkənddə - FOTO
-
İdman18:00Haaland uzun saçlarını qırxdırdı - FOTO/VİDEO
-
Nida Xəbər 17:50Sənədlərin imzalanmasına hazırlıq görülür - VİDEO






.jpg)
















.webp)













