Magazin1
Türkan meydan oxudu: "Nəfəs, Kəmalə Günəşli..." - VİDEO
Müğənni Türkan Vəlizadə televiziya proqramında səsləndirdiyi fikirlərlə diqqət çəkib.
Publika.az xəbər verir ki, Tolikin aparıcısı olduğu verilişdə qonaq olan sənətçi adının bəzi ifaçılarla eyni sırada çəkilməsini istəmədiyini bildirib. Türkan öz üzərində çalışdığını, daim inkişaf etdiyini və fərqli səviyyədə sənət fəaliyyəti göstərməyə çalışdığını vurğulayıb.
Müğənni qeyd edib ki, artıq özünü müəyyən kateqoriyadakı ifaçılar sırasında görmür və peşəkar baxımdan daha yüksək hədəflərə doğru irəlilədiyini düşünür. O, bəstəkar mahnılarının ifası ilə bağlı da həmkarlarına çağırış edərək, canlı ifa və musiqi savadının vacibliyini vurğulayıb.
Türkan Vəlizadə bəzi sənətçilərin mürəkkəb mahnıları ifa etməkdə çətinlik çəkdiyini iddia edib və özünü bu baxımdan daha hazırlıqlı hesab etdiyini bildirib:
"Məni o adlarla bir çəkməyin, ona görə inkişaf edə bilmirik. Mən o kateqoriyalı müğənnilərin siyahısından çıxmışam. Gəlsinlər mənimlə bəstəkar mahnısı oxusunlar. Notu notun arxasınca qoya bilmirlər. Öyrəşmişik bir-birimizi vuraq. Bəzi səhifələrdə görüntülərimizin altında bizi pislədirlər. Nəfəs, Kəmalə Günəşli və başqaları Brilyant xanımın mahnılarını oxuya bilərlər? Yox. Ancaq risk etmək lazımdır. Mən inkişaf edirəm, fərqli tərzdə daha yüksək səhnələri görmək istəyirəm".
İfaçı həmçinin sosial şəbəkələrdə sənət adamlarının bir-birinə qarşı qoyulmasını və qərəzli müqayisələrin aparılmasını doğru hesab etmədiyini deyib.
Onun açıqlamaları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və izləyicilər arasında fərqli fikirlər yaradıb.
-
Region23:05Ankarada mədəndə uçqun: yaralı sayı artdı - Yeniləndi
-
İdman22:18DÇ-2026-nın finalından sonra dava: FİFA cəzaları açıqladı
-
Kriminal21:26Oğlu tərəfindən qətlə yetirilən 48 yaşlı qadının fotosu - Yeniləndi
-
Hadisə20:48Minaya düşən traktorçunun vəziyyəti açıqlandı - Yeniləndi
-
Ekopublika.az20:00Azərbaycanda arzuolunan dəyişiklik - 4 milyon nəfər gəlir
-
MDB18:40Rusiyada azərbaycanlı diaspor lideri saxlanıldı - Video
-
ABŞ17:02ABŞ-İsrail ittifaqında çatlar: Tramp Netanyahudan üz döndərir?
-
Rəsmi xronika15:56Prezident fərman imzaladı













.jpg)



















