Magazin2
Adel yaraşıqlı aktyorla filmə çəkiləcək – FOTOLAR
Məşhur müğənni Adel filmə çəkiləcək. Publika.az xəbər verir ki, müğənninin tərəf-müqabili “Game of Thrones” (“Taxt oyunları”) serialında canlandırdığı Con Snou obrazı ilə məşhurlaşan Kit Herinqton olacaq.
Rejissorluğunu Ksavye Dolanın edəcəyi filmin çəkilişləri 2016-cı ildə başlayacaq.
27 yaşlı müğənni film təklifi ilə bağlı bunları deyib:
“Bu təklif daha öncə verilsəydi, müsbət cavab verməzdim. Ancaq Ksavye ilə əməkdaşlıqdan sonra fikrim dəyişdi. Onun filmində rol almağa can atıram”.
Qeyd edək ki, sözügedən əməkdaşlıq Adelin bu yaxınlarda təqdim etdiyi “Hello” mahnısının klipidir. İzlənmə rekordu qıran həmin klipi də Ksavye Dolan çəkib.
Məlumat üçün bildirək ki, Ksavye Dolan kino aləminin gənc dahisi hesab edilir. O, 2009-cu ildə hələ 20 yaşında ikən ərsəyə gətirdiyi “J'ai tue ma mere” (“Anamı öldürdüm”) filmi ilə tənqidçilərin rəğbətini qazanıb.
Ləman Sultan
-
Qoroskop01:40Günün ulduz falı: gözlənilməz bir mesaj və ya görüş gözlənilir
-
Hadisə00:15Bakı metrosunda nasazlıq - Sərnişinlər düşürüldü
-
İdman5 Dekabr 23:35"DÇ-2026"nın final mərhələsinin püşkü atıldı - Qruplar
-
İKT5 Dekabr 21:39İlon Maska zərbə: "X" 120 milyon avro cərimələndi
-
Dünya5 Dekabr 20:00Dünya tikan üstündədir: "Yadplanetli gəmi" hökumətləri hərəkətə keçirdi
-
MDB5 Dekabr 19:50Peskovun qızı iddialı libasda - FOTOLARI gündəm oldu
-
Səhiyyə5 Dekabr 19:00Bu həkimlər işləyə bilmək üçün rüşvət verib - Siyahı və məbləğ
-
Hadisə5 Dekabr 18:40Salyanda məktəbdə tüstüdən zəhərlənənlərin son durumu açıqlandı


















.jpg)





.jpg)











