Magazin2
Prezidentlərin məşhur qızları - FOTOLAR
Nüfuzlu siyasi xadim, yaxud prezident ailəsində doğulmaq yəqin ki, böyük xoşbəxtlikdir. Lakin məlum olduğu kimi, hər bir medalın əks tərəfi də var. Məsələn, məşhur ailələrinin uşaqlarının fotoları və videoları ictimaiyyətdə həmişə maraq doğurur. Xüsusi ilə də uğursuz fotolar bir çox hallarda onların atasının məşhur imicinə xələl gətirir və mətbuatda səs-küyə səbəb olur.
Publika.az oxucuları məşhur siyasətçilərin gözəlliyi ilə öyünə bilən qızları ilə tanış edib.
İvanka və Tiffani Tramp
Mediamaqnat, tikinti şirkətinin prezidenti və ABŞ-da növbəti prezident seçkilərində namizədliyini irəli sürən Donald Trampın qızları tabloid səhifələrində tez-tez qalmaqal yaradır. Bu da təəccüblü deyil. Axı İvanka gənc yaşlarından dəb jurnallarının səhifələrini bəzəməyi arzulayıb. Siyasətçi və milyarderin qızı hətta bir müddət model işləyib. Yeri gəlmişkən, onun boyu 1.80-dir. Amma sonradan atası qızının fikrini dəyişdirməyə nail olub. İndi İvanka Tramp “Trump Organization” şirkətində vitse-prezident vəzifəsində çalışır.
22 yaşlı Tiffani atasının istəyi ilə Pensilvaniya universitetinin sosioloji fakültəsini bitirib. Bundan başqa, Tiffani kifayət qədər fəal sosial həyat keçirir, o, seçkiqabağı atasının kampaniyasını dəstəkləyir və öz instaqram hesabında tez-tez özəl fotolarını paylaşır.
Maliya və Saşa Obama
ABŞ-ın hazırkı prezidentinin uşaqlarının öz məşhur atasının yolu ilə gedib və siyasətlə məşğul olacağı barədə proqnoz vermək hələlik çətindir. Axı Obanın böyük qızı Maliya 18, Saşa isə 15 yaşındadır. Buna baxmayaraq, bacılar stil ikonası kimi artıq ad çıxarıblar. Bundan əlavə, valideynləri qızlarının sərbəst işlərdə çalışmasına etiraz etmir. Məsələn, Saşa bir neçə həftədir ki, məşhur balıq restoranında xəzinədar çalışır. Prezidentin 18 yaşlı böyük qızı - Maliya isə ötən il İspaniyada ABŞ səfirliyində təcrübə keçib. Əvvəllər o, “HBO” və “CBS” çəkilişlərində assistent kimi çalışıb.
Təəssüf ki, Obamanın böyük qızının bu yaxınlarda yayılmış videosu prezident üçün xoş olmayıb. Belə ki, Barak Obamanın 18 yaşındakı qızı Malia Obama keçən həftə Kolumbiyanın paytaxtı Bogotada keçirilən musiqi festivalına qatılıb. Burada Malianın əylənən zaman gizli kameralar çəkməyə başlayıb. Bu zaman Malia Obama narkotik vasitə (marixuana) çəkərkən görüntülənib.
Bəziləri prezident qızının siqaret çəkdiyini iddia etsə də, şahidlər Malian narkotik maddə çəkdiyini bildirib. Daha əvvəl həmin festivaldan çəkilən rəqs videosu ilə sosial şəbəklərdə müzakirə mövzusuna çevrilən prezidentin qızı ilə bağlı yayılan son iddia isə qalmaqala səbəb olub.
Barbara Berluskoni
Barbaranın məşhur İtaliya aktrisası olmaq şansı böyük idi, çünki o uşaqlıqdan aktyorluq kurslarına gedib, vokal və fortepiano ilə məşğul olub. Amma Silvio Berluskoni kimi mediamaqnat, ən zəngin iş adamı və baş nazir atan olanda genlərə müqavimət göstərmək çətindir. Nəticədə Barbara 27 yaşında "Milan" futbol klubunun direktorlar şurasının üzvü olub, bir neçə il sonra isə onun vitse-prezidenti postuna yüksəlib.
Cenna Buş-Haqer
Buş ailəsinin bir neçə nəsil (Cennin atası - Oğul Buş ABŞ-ın 43-cü, babası isə - 41-ci prezidenti olub) ailə siyasətlə məşğul olmasına baxmayaraq, qız öz arzularının ardınca getdi və Texas universitetinin ingilis ədəbiyyatı şöbəsinə daxil oldu. Cenna artıq “Ümidlər səyahəti” adlı kitab buraxıb. Lakin Cenna məşhur siyasətçi Henri Haqerlə evli olması təəccüblü deyil. Cütlüyün bu nikahdan iki uşağı var.
Aytən
-
Region05:55
Qadın qızardılmış toyuq yedikdən sonra öldü - MÜƏMMA
-
Dünya04:44
Rusiya Yerə düşə biləcək asteroidlə bağlı XƏBƏRDARLIQ ETDİ
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi