Magazin2
“Eyni tərbiyəsiz təkliflərdən bezdim" - Aktrisa OD PÜSKÜRDÜ - FOTO
"28 yaşım var. Tehran Universitetinin memarlıq və mühəndislik fakultəsini bitirmişəm. 19 yaşımdan bəri aktyorluq dərsləri almışam. İranda çoxsaylı filmlərə, seriallara, televiziya lentlərinə çəkilmişəm. Başı açıq fotomu İnstagram-da paylaşdığım üçün təhdid olundum, İranda aktrisalıq etməyim yasaqlandı. İndi İstanbulda yaşayıram".
Publika.az AHT-yə istinadən bildirir ki, iranlı model və aktrisa Sədəf Tahirianın sözlərinə görə, başındakı hicabı çıxarandan sonra İranda çox böyük təzyiqlərlə qarşılaşıb.
O, bir ildən bəri yaşadığı İstanbuldakı durumundan da razı deyil.
"Bura bəzi məsələlərdə sərbəstdir, amma hər sahədə yox. Mən sərbəst yaşamaq üçün ölkəmi tərk etmədim. Sadəcə, işimi görmək istədim. Türkiyədə vəziyyətin fərqli olduğunu düşündüm. Amma iş üçün gedəndə pis təkliflər alıram. Aktrisalıq işimlə bağlı layihənin müzakirəsinə gedəndə "Məşuqəm ol" təkliflərini eşidirəm. İranda olanlar burada da var", - Sədəf Tahirian deyib.
O, Türkiyədə özünü bəxtəvər hiss etmədiyini deyib: "Buranın fərqli olduğunu düşünəndə səhv etmişəm. Aktrisalıq edə bilmirəm, modellik edə bilmirəm. Eyni tərbiyəsiz təkliflərdən bezdim. Üstəlik, düz üç dəfə türk dili kursuna yazıldım, uğur qazana bilmədim. Özümə inamım qırılıb".
İnstagramda başıaçıq fotosunu paylaşmasına gəldikdə isə, Sədəf Tahirian əxlaqlı, namuslu olduğunu deyib.
"Türkiyədə də aktrisalar seriallarda, filmlərdə öpüşürlər, yatağa girirlər. İnstagram-da hicabsız foto paylaşmaq nə zamandan əxlaqsızlıq olub?! - S.Tahirian söyləyib.
-
Dünya15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
-
Nida Xəbər 15:49Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
-
Dünya14:45Ərdoğan ABŞ-da o uşağı gördü, yanına çağırdı, qızıl sikkə verdi - VİDEO
-
Qoroskop12:54Bu 3 bürc üçün şanslı günlər başladı
-
Nəqliyyat11:30Bu avtobuslar daha "Şamaxı yolu"nda dayanmayacaq
-
Nida Xəbər 10:30Zakir Həsənov Hərbi Polisin ön əməliyyat bazasında - VİDEO/FOTO
-
Hadisə09:48İş adamının nəvəsi qonşusunu güllələdi
-
Nida Xəbər 09:06Ramiz Mehdiyevin məhkəməsi başlayır





































.jpg)


