Dünya
Navrotski ilə görüş üçün 100 min dollar: Polşada qalmaqal böyüdü
Polşada biznes nümayəndələrinə prezident Karol Navrotski ilə şəxsi görüş vədi ilə 100 min dollarlıq paket təklif edilməsi qalmaqala səbəb olub.
Publika.az xəbər verir ki, bu barədə "Radio Zet" məlumat yayıb.
Bildirilir ki, nəticədə siyasətçi ilə görüş üçün nəzərdə tutulan paketi heç kim almayıb. Fond nümayəndələri bildiriblər ki, heç bir müqavilədə paketi alan şəxsin prezidentlə mütləq görüşəcəyinə dair öhdəlik olmayıb. Onlar həmçinin qeyd ediblər ki, fondun prezidentin vaxtına sərəncam vermək hüququ yoxdur.
Bununla belə, prezidentlə söhbət üçün digər paketlərin də satışa çıxarılması planlaşdırılıb. Məlumata görə, Navrotskinin diqqətini cəlb etmək üçün təklif olunan paketlərin qiyməti 25 min dollardan başlayıb.
Polşa hakimiyyəti forum çərçivəsində bu təkliflərin necə formalaşdırılması və maliyyə ödənişlərinin prezidentlə əlaqələrə təsiri ilə bağlı izahat tələb edib.
Navrotskinin administrasiyası isə ittihamları rədd edib. Administrasiyadan bildirilib ki, prezidentin iştirak etdiyi sammitə qatılmaq tamamilə pulsuz olub.
Müəllif: Adəm
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək





















.jpg)


















