Magazin2
Məşhur reper gürcü gözələ aşiq olduğunu bütün ölkəyə elan etdi - VİDEO
“A studio” qrupunun solisti, Rusiyanın gürcü əsilli populyar müğənnisi Keti Topurya ilə münasibətlərini gizli saxlayan reper Quf sosial şəbəkədə sevgisini etiraf edib.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Quf avtomobillə gedərkən K.Topuriyaya “Səni çox sevirəm” deyib. Bu görüntüləri müğənni videoya çəkib və instaqramda paylaşıb.
Yeri gəlmişkən, bu, reperin ictimaiyyət qarşısında hisslərinin ilk etirafıdır. Cütlüyə yaxın mənbələr iddia edir ki, onların münaisbətləri ciddidir.
Qeyd etmək lazımdır ki, Quf məşhur bloger Lera Fakdan gürcü gözəlindən ötrü ayrılıb. Reperin sözlərinə görə, İsraildə bir ildən çox müalicə aldıqdan sonra narkotik maddələrdən daha istifadə etmir.
Məlum olub ki, əslində Qufu qorxunc depressiyadan Keti Topurya çıxardıb və ən çətin günlərində həmişə yanında olub. Musiqiçi Qufun evinə gəlib, onu söhbətlərlə əyləndirib və yemək gətirib. Çox güman ki, bu dostluq sonradan məhəbbətə çevrilib.
İddialara görə, Keti məşhur milyarder Lev Qeyxmanla evli olarkən ərinə Qufla xəyanət edib. Onun boşanmasının səbəbi də reperlə romantik münasibətləri olub.
Qeyd edək ki, Ketinin milyarderdən bir qızı, Qufun isə keçmiş həyat yoldaşı Ayza Anoxonoydan bir oğlu var.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
