Magazin2
Kianu Rivz illər sonra jurnal üçün kamera qarşısına keçdi - FOTO
54 yaşlı Kiano Rivz öz ulduz statusuna baxmayaraq dəbdəbəli həyatı ilə maqazin səhifələrini bəzəməyə çalışmır.
Publika.az xəbər verir ki, mətbuata nadir hallarda danışan məşhur aktyor sadə insanlarla ünsiyyəti zəhlətökən paparatsilərdən üstün tutur. Odur ki, artistin GQ jurnalı üçün etdiyi fotosessiya sosial şəbəkə istifadəçiləri arasında gurultu doğurub. Amma öz kədərinə sadiq qalaraq aktyor ağ-qara fotolarda gücünü, eyni zamanda tənhalığını təsvir etməyə çalışıb.
Kianu Rivz verdiyi müsahibədə peşə yolunda qarşılaşdığı çətinliklərdən danışıb. O bildirib ki, “Sürət” filminin ardına çəkilmədiyi üçün uzun müddət “Fox” kino şirkətinin qara siyahısına daxil edilib.
Bu yaxınlarda "John Wick" filmi ilə tamaşaçıların görüşünə gəlməyə hazırlaşan Kinau onu da əlavə edib ki, ömrünün 60 illiyində hansısa filmdə əsas qəhrəmanı ifa edə biləcəyini ağlına gətirməyib:
“Karyeramın inkişafı və irəliyə doğru hərəkət etmək barədə heç vaxt düşünməmişəm, amma bu yaxınlarda hər şey dəyişdi”.
Aktyor etiraf edib ki, nə qədər paradoksal səslənsə də, gələcək haqqında düşünməyə onu ölüm barədə düşüncələr vadar edib.
Məlumat üçün bildirək ki, Rizv qazandığı pulların böyük hissəsini xeyriyyə fondlarına yatıran yeganə kino ulduzudur. K,Rivzin xeyriyyə fondu xərçəng xəstələrinə kömək edir. Bundan əlavə, aktyor da heyvan hüquqlarının fəal müdafiəçisidir.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
