Magazin2
Şeyma Subaşı Acun haqqında ŞOK FAKTLARI açıqladı: “Leonardo Di Kapriodan dəvət aldım...”
Bir neçə gün əvvəl məhur aparıcı Acun Ilıcanın keçmiş həyat yoldaşı Şeyma Subaşının “Sadəcə Şeyma” adlı kitabı çıxıb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, kitabdan bəzi hissləri artıq müzakirə olunmağa başlayıb. Həyatda ən böyük qorxusunun tənhalıq olduğunu deyən Şeyma Acunla münasibətləri barədə gizli məqamlara toxunub:
“Ən böyük qorxum tənhalıq idi. Bu baxımdan eynilə özümə bənzəyən bir həyat yoldaşı tapmışdım. Hamınızın bildiyi. Bundan 10 il əvvəl həyatıma 80 milyonluq ölkəmizin sevimlisi olan bir adam girdi. Mənim də sevgilim oldu. Məhz bu üzdən heç bir şey nağıllardakı kimi deyildi. Xoşbəxtlik, həyəcanlar, qəzəb və incikliklər yaşandı.
İndi mənə onları anlatmaq yaraşmaz. Bəlkə sonra. Nəvələrimizə qovuşduğumuz zamanlarda danışaram. Həm o zaman birlikdə keçmişə daha çox gülə bilərik. Tək idim. Fiziki və psixoloji olaraq çox tək idim. Kaş ki, eyni yaşda olardıq deyə dua etdiyim gecəni xatırlayıram. Bəzən hər şeyin sonuna gəldiyinizi hiss edərsiniz, bax elə o qara dəlik... Badam gözlü qızım sayəsində o dəlikdən çıxdım. Bəzi səhvlərə yol versək də, sonda bir-birimizi azad etdik. Yaxşı ki, etmişik".
Şeyma daha sonra italyan sevgilisi Guidi Senia haqıqnda bunları deyib:
“Biri girdi həyatıma. Lüks və qələbəliyi ilə deyil, sadəliyi və təvazökarlığı ürəyimi doldurdu. Bir-birimizə yaxşı təsir edirik. İndi sevdiyim adamla əlimizdə çipsi sadəcə danışaraq saatlarla vaxt keçiririk. Buna şükr edirəm. Yaşadığım bir çox əzab-əziyyətdən sonra sevdiyim insan qarşısındakı qadının bir bağlama çipsiylə niyə bu qədər xoşbəxt olduğunu anlamır.
Fırtınadan məhv olmamağa çalışarkən zəngin, yaraşıqlı, bir xeyli məşhur insan ətrafımda dolanıb. Heç biri diqqətimi çəkməyib. Ta ki bir adama qədər. Sevildiyini, aşiq olunduğunu bilmək bir qadının ən çox ehtiyacı olan şeydir. Romantik və duyğusal bir qadın olduğumu onunla kəşf etdim. Kimsəyə böyük bir sevgiylə, heyranlıqla bağlanmamışam.
Kənardan baxdıqda axmaq kimi görünürəm, bəlkə gözəl, bəlkə də gülməli. Amma vecimə deyil. Həyatımda kimsənin qəlbini bilərək incitmək istəmədim. Dünyada tanınan bir insanam. Leonardo Di Kaprio kimi Hollivud ulduzlarından da dəvət alıram. Rəqs edirəm deyə narkotik bataqlığını da yaraşdırdılar. Gülüb keçirəm. Qızım olmasaydı itirərdim. Pula sitayiş edən bir qadın olardım. Ultra lüks həyatıma davam edərdim.
Məni istifadə etməyə çalışan kişiləri vecimə almıram. Gözəllik, pul, şöhrət, uğur, cinsəllik və sosial şəbəkələrin bir gün önəmi qalmayacaq. Həyat yoldaşımın yanında qocalacağımı xəyal edirəm. Qızıl qəfəsi tapmaq çətindir, lakin bəzi quşlar uçmaq istəyir. Bilmirəm izah edə bildimmi?”
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar