Magazin2
Bred Pitt: “Aktyorluq gənclərə daha çox yaraşır”
Aktyor Bred Pitt yerini gənclərə təhvil verməyə hazırlaşır.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 55 yaşlı kino ulduzu Avstraliyanın “GQ” jurnalının üz qabığına çəkilib.
Yaraşıqlı həmkarı Leonardo di Kaprio ilə əfsanəvi rejissor Kventin Tarantinonun “Bir dəfə Hollivudda” filmindəki rolu ilə pərəstişkarlarını sevindirən Bred film karyerası haqqında gözlənilməz açıqlamalar verib. O, sözügedən filmin müvəffəqiyyətindən sonra yaradıcılığına bir müddət fasilə verməyi düşünür.
Aktyorun fikrincə, ona artıq film prodüserliyi ilə məşğul olmaq maraqlıdır: “Kameranın digər tərəfində və layihənin istehsalından məsul olmağı xoşlayıram. Mən həqiqətən hesab edirəm ki, aktyorluq gənclərə daha çox yaraşır. Məsələ onda deyil ki, yaşlı aktyorlar üçün daha maraqlı, xarakterik bir obraz yoxdur. Təbii seçimi heç kim ləğv etməyib”.
Aktyor müsahibəsində onu da etiraf edib ki, heykəltəraşlığa da böyük maraq göstərir. Onun sözlərinə görə, bütün günü emalatxanada vaxt keçirə bilər.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
