Magazin2
Ofisiantlar qəssab Nüsrət haqqında şok faktları AÇDI
Duz səpmə hərəkəti ilə dünyada məşhurlaşan qəssab Nüsrət Gökçə haqqında yeni iddialar ortaya atılıb. Onun psixoloji preblemləri olması irəli sürülüb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, maaşını ala bilməyən 4 ofisiant onu məhkəməyə verib. Bundan sonra ABŞ məhkəməsi Nüsrət Gökçənin işçilərə 237 min dollar və ya 1 milyon 226 min TL təzminat ödəməsinə qərar verib.
4 ofisiant məhkəmədən sonra “New York Daily New” qəzetinə danışıb və Gökçənin şəxsi həyatı, heç kimin bilmədiyi bir sıra detalları açıqlayıb. İş adamının restoranlarında çalışan Süleyman Küçür, Onur Usluca, Yunus Delimehmet və Batuhan Yunkuş Nüsrətin onlara verilən bəxşişlərin çox az hissəsini aldıqlarını qeyd edib:
“Bəxşişlərimizi aldı, bizə güc tətbiq etdi, sonra haqsız olaraq işdən qovulduq. Nüsrət restoranın Nyu-Yorkdakı şöbəsindən gündə 130 min dollar (750 min TL) qazanır. Həftədə əmək haqqı və bəxşişlərlə birlikdə 2 min dollar (11 min 500 TL) verirdi. Ancaq bunun nə qədərinin bəxşiş olduğunu gizlədirdi. Nüsrət bizə diktator kimi yanaşırdı. Deyirdi ki, mənim adım Nüsrətdir, dediyim olmalıdır. Hər zaman izlədiyi “Yaralı üz” (Scarface) filminin təsiri altında idi. O, bu filmdəki mafiya başçısı Toni Montana olduğunu düşünürdü. Havalarda gəzirdi”.
Məlumat üçün bildirək ki, adıçəkilən filmdə baş rolda Al Paçino çəkilib. Brian De Palmanın rejissoru olduğu filmdə Al Paçino yüksəyə qalxmaq üçün iddialı, cəsarətli və daim cinayət törədən cani obrazını canlandırır.
-
Hadisə18:40Şəkidə kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…



































.jpg)
.jpg)

