Magazin2
Məşhur aktyor sevgilisinin üzünü görün nə hala saldı - FOTO
Xəbər verdiyimiz kimi, aktyor Ozan Güvən gənc sevgilisi Deniz Bulutsuza zorakılıq tətbiq edib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Fi-Çi-Pi”də psixoloji problemləri olan, sevgililərinə zorakılıq tətbiq edən psixoterapevt rolunu oynayan aktyor Ozan Güvən real həyatda da eyni addımı atıb. Belə ki, aktyor tərəfindən bir saata yaxın zorakılığa məruz qalan Deniz Bulutsuzun fotoları yayılıb. Gənc qızın gözünün altının, hətta göz almasının da göyərdiyi məlum olub.
Qız hadisədən sonra həkimdən arayış alaraq aktyoru məhkəməyə verib. Onun sözlərinə görə, Güvən zorakılıq edərkən içkili olub. Cütlük arasında mübahisənin düşməsinin səbəbi keçmiş sevgilisindən danışması olub.
“Onu sakitləşdirmək istəyəndə yataq otağındakı lampanı alıb divara çırpdı, məni itələyəndə lampa çənəmi yaraladı. Sonra məni yatağa itələyərək şiddətli sillə vurdu, ardından öz üzünə də vurmağa başladı. “Bax sənə birini vurdum, özümə 20 dəfə vururam” dedi. Evdən çıxmağa çalışanda başımdan vurdu, nərdivandan yerə sürükləndim. Sonra əlindəki suyu başımdan aşağı tökdü və məni öldürməklə təhdid etdi”, - Deniz Bulutsuz şikayət ərizəsində qeyd edib.
Aktyor isə özündən 17 yaş gənc qızın iddialarının yalan olduğunu, ayrılmaq istədiyi üçün onu şərlədiyini və hadisələrin tamamilə fərqli şəkildə cərəyan etdiyini bildirib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
