Magazin2
Şəhərdən baş götürüb kəndə köçən məşhurlar - FOTO/VİDEO
Video əlavə olunub.
xxx
Publika.az İstanbulu tərk edərək şəhərin xaosundan qaçıb kənddə yaşamağa başlayan məşhurları təqdim edir:
Musiqiçi Ayla Çelik İpek Açarın aparıcılıq etdiyi "İpək Yolu" verilişində sakit həyatı seçənlərdən biri olduğunu bildirib: "Artvindən kənd evi aldım. Evi tikdirəcəyəm, təmirə ehtiyacı var. Gələn il sizi səbirsizliklə gözləyirəm".
Müğənni İ.Açarı həyat yoldaşı Alper Kömürcü ilə birlikdə Artvindəki evinə dəvət edib.
Reklamçı Emre Yetkinlə ailə həyatı quran aktrisa Burcu Biricik İstanbuldan köçənlər sırasındadır. Dostları ilə Küçükköyə gedən 32 yaşlı aktrisa kənd həyatını əks etdirən görüntüləri sosial media hesabında paylaşıb. Biricik Ayvalık Küçükköydə tarixi malikanə alması xəbəri ilə gündəmə gəlmişdi.
Aktrisa Burcu Kara Bursanın İznik rayonunda doğulub boya-başa çatdığı kənd evini yenidən yaşanıla biləcək hala gətirmək və həyatına burada davam etmək qərarına gəldiyini açıqlayıb. Daha əvvəl "Evin uçması ilə kifayətlənmədim. Çılğınlıq etdik və onu bərpa etmək qərarına gəldik" deyən 41 yaşlı aktrisa bir müddətdir həyat yoldaşı Fırat Parlakla birlikdə abadlıq işləri ilə məşğul olurdu. Təmirin bitdiyini deyən və kənd evinin son şəklini İnstaqram səhifəsində yerləşdirən Kara hisslərini bu sözlərlə ifadə edib: "Yolun sonuna gəldik. Evin bitdiyinə inana bilmirəm. Bu, ömrümün sonuna qədər yaşayacağım xoşbəxtlikdir! Hər tərəfinə toxunub bəzəyərək tikdiyimiz nağıl evimiz. İndi burada uşaqlığım və xatirələrimlə yaşayacağıq. Nənəm və babam həmişə bizimlə olacaqlar".
Aktyor cütlük Sinem Kobal və Kenan İmirzalıoğlu qızları Lalin dünyaya gəldikdən sonra həyatlarının çoxunu Marmarisdə keçirməyə başlayıblar. Təbiət qoynunda ailəsi ilə birlikdə yaşamağa davam edən Kobal xoş anlarını tez-tez sosial media hesabında paylaşır.
Şəhər həyatından sıxılan, təbiətlə nəfəs alan adlar arasında məşhur müğənni Zara da var. 45 yaşlı Zara İzmirdəki kənd evinin bağçasında tərəvəz və meyvələr yetişdirməyə başlayıb. Əkinçiliklə məşğul olan sənətçi "Bağçaya qulluq etmək mənə mənəvi istirahət verir. Beləcə həm evdən çıxıram, həm də təbii qidalanıram" deyib.
Aktyor cütlük Pınar Altuğ-Yağmur Atacan qızları Su ilə birlikdə İstanbulun səs-küyündən qaçan məşhur adlar arasındadır. Egeydə istirahət edən cütlüyə yaxın dostları Alp Kırşan-Zeynep Kırşan və övladları yoldaşlıq edib. Zaman-zaman ailəsi və dostları ilə də karavanlarında vaxt keçirən 46 yaşlı aktrisa sosial media hesabında "Bir düşərgə hekayəsi" adı altında tətilindən görüntülər paylaşıb.
Koronavirus səbəbilə bir müddətdir evdə karantində olan aktrisa Özge Borak normallaşma addımlarından sonra Avşa adasında istirahət etməyə başlayıb. Bir müddətdir ki, atası ilə tətildə olan Borak əkinçiliklə maraqlanmağa başlayıb. O, bostanından görüntüləri sosial media hesabında izləyiciləri ilə bölüşüb.
2014-cü ildə Süleyman Erbaykentlə ailə quran 48 yaşlı müğənni Pınar Aylinin indi tamam başqa həyatı var. Maya adlı qızı olan Aylin İstanbulu tərk edərək gözdən uzaq bir həyat yaşamağa başlayıb. Doğma şəhəri İzmirdə ailəsi ilə yeni həyata başlayan Pınar Aylin bağçalı lüks villada yaşayır. 90-cı illərin məşhur adı asudə vaxtlarında bağçılıqla məşğul olur.
Son olaraq "Küçük Cinayetler" serialında Merve obrazını canlandıran aktrisa Aslıhan Gürbüz ötən illərdə İstanbuldan ayrılıb. İkisi disk yırtığı olmaqla 4 əməliyyat keçirən Gürbüz müalicə prosesini tamamladıqdan sonra özünə tamamilə fərqli həyat qurub. Təbiət qoynunda yaşamağa başlayan aktrisa sosial media hesabında tez-tez yeni həyatından kadrları paylaşır. 37 yaşlı Gürbüz izləyicilərinin "Harada yaşayırsınız?" sualına cavab verib: "Suyun yanında, ağacın altında, meşədə və ya yaşayış olmayan bir adada... Mən bu ölkənin bir guşəsində, çoxunun yanından keçdiyi, çoxunun görə bilmədiyi, çoxunun qədrini bilməyəcəyi enlik və uzunluqda yaşayıram. Yaşılı, mavini, suyu, səmanı, ağacı, çiçəyi, quşu, mamırı görməyi sevirəm.Yuxudan oyananda evdən çox ağac görməyi, alış-veriş mərkəzinin deyil, yolun yanında dayanmağı sevirəm".
2014-cü ildən Muğlanın Köyceğiz bölgəsində yaylada yaşayan aktyor Yılmaz Ərdoğan İstanbulu tərk etmə səbəbini açıqlayıb: "Tıxac özlüyündə bir səbəb deyilmi? Köyceğizə getdiyim gündən avtomobil sürməyi yenidən kəşf etdim. Məlum oldu ki, bu, dünyanın ən əyləncəli zövqlü işi imiş". 2014-cü ildən bəri yaşadığı kənd evini kino meydanına çevirən Ərdoğan burada "Ekşi elmalar" və "Tatlım Tatlım" filmlərini çəkib.
Məşhur aktyor Burak Hakkı koronavirusdan qorunmaq üçün Çanaqqaladakı kənd evinə yollanıb. Çanaqqalanın Gelibolu mahalına bağlı Güneyli kəndində aldığı 35 min kvadratmetrlik ərazidə ferma quran Hakkı təbiətdən zövq alır. Tərəvəz və meyvə istehsalı ilə də məşğul olan aktyor təsərrüfat həyatından fotoları sosial media hesabında izləyiciləri ilə paylaşır.
2011-ci ildə "Miss Turkey"nin ikincisi olan Gizem Karaca 2017-ci ildə Kemal Ekmekçi ilə evləndikdən sonra İzmirdə məskunlaşıb. Günlərini evdə karantində keçirən Karaca bağça işləri ilə məşğul olur. O, bağçasında pomidor, bibər, xiyar və badımcan əkməyi də diqqətdən kənarda qoymayıb.
Aktyor, komediya ustası Ata Demirer uzun müddətdir Bozcaadada yaşayır. Ara-sıra İstanbula gələn və təsərrüfat həyatı yaşayan aktyor təbiət qoynundan çəkdirdiyi fotoları İnstaqram səhifəsində paylaşır.
Məşhur aktrisa Yeşim Büber kinooperator həyat yoldaşı Mehmet Aksın və əkizləri ilə qeyri-adi həyata başlayıb. 8 ildir həyat yoldaşı və uşaqları ilə qayıqda yaşayan Büber bu sözləri qeyd edib: "Qayıqda yaşamaq həmişə arzumuz olub. Bu, bəlkə də bizə hansısa şəkildə qoyulan formalara və sərhədlərə rişxənd etməkdir. Artıq 8 ildir ki, evi bağlayıb qayığa köçmüşük. İstədiyim zaman lövbərimi götürüb getmək imkanı mənim üçün əsl azadlıqdır".
Rok musiqisinin sevilən adı Hayko Cepkinin paraşüt həvəsi həyatını dəyişib. 7 il əvvəl İzmirin Səlcuq şəhərindəki köhnə hava limanında paraşütlə tullanmağa başlayan məşhur musiqiçi 4 il əvvəl Şirincəyə yerləşməyə qərar verib. Cepkin "Baril Camping" adlı yaşayış obyekti açıb və təbiətsevərləri burada bir araya gətirir. 9 hektarlıq fermada pişikdən itə, toyuqdan ördəyə qədər bir çox heyvan saxlayan məşhur rokçunun uzunqulağı Midas isə düşərgənin əyləncəsinə çevrilib.
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO