Magazin2
Depardye təcavüzdə ittiham olunur
25 yaşlı kanadalı aktrisa Şarlotta Arnold 72 yaşlı fransalı aktyor Jerar Depardyeni ona təcavüz etməkdə ittiham edib.
Publika.az xəbər verir ki, bu barədə aktrisa tvitter hesabında məlumat yayıb. Paylaşımda deyilir ki, o, Jerarı məhkəməyə versə də, bir nəticə əldə olunmayıb. Şarlottanın sözlərinə görə, o, 2018-ci ildə aktyor tərəfindən iki dəfə zorakılığa məruz qalıb.
"Jerar Depardyenin qurbanıyam. Daha buna səssiz qala bilmirəm. Artıq 1 ildir ki, ona qarşı ittiham irəli sürmüşəm. Lakin o, hələ də işləyir. Həyat məndən 3 il alıb. Səssiz yaşamaq özünü diri-diri dəfn etmək kimidir".
Şarlotta təcavüzdən dərhal sonra polisə müraciət etdiyini bildirib. O, cinayət işinin açıldığını, lakin kifayət qədər dəlil olmadığı üçün işə tezliklə xitam verildiyini qeyd edib. Aktrisa məhkəməyə şikayət etdikdən sonra istintaq yenidən bərpa olunub.
Bəzi mənbələr aktrisa ilə Depardyenin tanış olduğunu (aktyor Şarlottanın atası ilə dost imiş) və ona kino karyerasını qurmaqda kömək etdiyini yazıb. Bildirilib ki, peşəkar məsləhət almaq üçün Şarlotta aktyorun evinə dəvət alıb və hadisə bundan sonra baş verib.
Depardye isə ona qarşı irəli sürülən bütün ittihamları rədd edir.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
