Magazin2
Məşhurun oğlu qıza çevrildi: “Bir ata kimi onunla bu qədər fəxr etməmişəm”
Tanınmış Əfqanıstan əsilli yazıçı Xalid Hüseyni oğlu Harisin özünü açıq şəkildə transgender elan etdiyini açıqlayıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Hüseyni bu barədə sosial şəbəkədə paylaşım edib. Yazıçı qeyd edib ki, bu proses qızı üçün ağrılı olsa da, o, güclü xarakter nümayiş etdirib.
“Bir ata kimi onunla heç vaxt bu qədər fəxr etməmişəm. İndi bir yox, iki gözəl qızım olduğu üçün xoşbəxtəm. Hər addımda onun yanında olacağam. Biz onun arxasında dayanırıq. Bilirəm ki, bu proses onun üçün ağrılı olub. O, transseksualların məruz qaldığı qəddarlıqdan xəbərdardır. Ancaq o, güclü və qorxmazdır. Mən qızımı sevirəm. Gözəl, müdrik, ağıllıdır. Hər addımda onun yanında olacağam. Ailəmiz onu dəstəkləyir”, - Xalid Hüseyni Tvitterdə yazıb.
Xatırladaq ki, Xalid Hüseyni əfqan xalqının problemləri, tarixi və mədəniyyətindən bəhs edən “Min möhtəşəm günəş” və “Çərpələng uçuran” kimi məşhur kitabların müəllifidir. Onun romanları bir çox dillərə tərcümə olunub.
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur




































.jpg)
.jpg)

