Magazin2
Sevgilisini zəlzələdə itirən Survivor iştirakçısının sözləri ürək dağladı - FOTO
İki mövsüm "Survivor" iştirakçısı olan türkiyəli gimnast Aşkım Burçe Tunayın sevgilisi Yiğirtcan Datlı Kahramanmaraşda baş verən dəhşətli zəlzələdə həyatını itirib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, sevgilisi ilə fotolarını instaqramda paylaşan idmançının sözləri izləyicilərini kövrəldib.
Günlərdir sevgilisindən xəbər gözləyən Aşkım Burçe Tunay aldığı ölüm xəbərindən darmadağın olduğu deyib. 23 yaşlı Aşkım sevgilisinin məzarının fotosunu paylaşaraq bu sözləri yazıb:
"Ağlamamı istəməzdin, məni bağışla. Çox ağlayıram. Allah deyir ki, kimi məndən çox sevsən, onu səndən alaram. Və əlavə edir, "Onsuz yaşaya bilmərəm" demə, səni onsuz da yaşadaram. Biz yarımçıq deyil, söz verirəm, qiyamətə qaldıq. Əvvəlcə sənin üzünü görməyə cəsarət etmədim. Əslində bununla özümü aldadırdım. Üzünü görsəm, artıq inanmağa məcbur qalacaqdım ki, yaşamırsan... Amma son dəfə sənə baxmalı və sənə sonuncu dəfə deməli idim ki, səni sevirəm. Bilirəm hardansa məni izləyirsən. Ürəyim sənin evindir, söz verirəm, çalışacağam ki, o evə yaxşı baxım. Başqa bir yer varsa, orda görüşərik bəlkə. Yoxdursa da, səni tanımaq onsuz mənim cənnətim idi".
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama


















.jpg)


















