Magazin2
Monika məşhur jurnalda çəkildi - FOTO
58 yaşlı aktrisa Monika Belluççi Yunanıstanın "Vogue" jurnalı üçün çəkilən yeni fotosessiyası ilə gündəm yaradıb.
Publika.az xəbər verir ki, jurnala müsahibə verən kino ulduzu həm analıq haqqında danışıb, həm qadınların cəmiyyətdə və kinoda yeri ilə bağlı fikirlərini səsləndirib, həm də Yunanıstana sevgisini etiraf edib.
"Hər şeyin öz vaxtı var. Roma dediyimiz kimi bir gündə tikilməyib. Biz inkişafdayıq, qadınlar və kişilər arasında məhsuldar, effektiv dialoq üçün müharibə deyil, ümumi ünsiyyət yeri tapmaq maraqlıdır”, - o, qeyd edib.
Fotoqraf qarşısına keçən Hollivud divası şəffaf, qara və elastik krujeva corablarda cəlbedici pozalar verib. Kadrların birində hündürdaban ayaqqabı və yarıaçıq palto geyinən Monikanın ağ-qara fotolarını isə fotoqraf Ellen fon Unvert çəkib. Digər fotolar da təxminən eyni xətt üzrə gedir.
"Düzünü desəm, qaranlıq tərəfim olduğunu düşünmürəm. Bir aktyor kimi, hər hansı bir obrazı təcəssüm etdirəndə sizə deyərdim ki, məndə mənfi qəhrəmanların işıqlı, parlaq görünənlərin isə daha çox qaranlıq tərəflərini vurğulamaq istəyi oyanır”, - planetin ən arzuolunan qadını ağ-qara fotoşəkillərini şərh edərkən deyib.
-
Qoroskop01:40Günün ulduz falı: Gizli qalan bəzi məsələlər aydınlaşa bilər
-
Ekologiya00:27Bakıda bu həşəratlar çoxalır - Xəbərdarlıq
-
Region19 İyun 23:00İstanbulda metro qatarı relsdən çıxdı: yaralılar var - Yeniləndi
-
Səhiyyə19 İyun 21:26Daha bir nəfər rəqs edən həkimin qurbanı oldu - Video
-
Avropa19 İyun 21:00Trampla qalmaqal yaşayan Meloniyə Makrondan dəstək gəldi
-
Hadisə19 İyun 19:40Azərbaycan-Ermənistan sərhədində zəlzələ
-
Elm və təhsil19 İyun 18:50Qəbul imtahanlarında ən yüksək nəticə göstərən rayonlar
-
Sosial19 İyun 17:45Əli Əsədov daha bir qərar imzaladı














.jpg)



.jpg)

















