Magazin2
Barış Mançonun həyatı film olacaq
Türk musiqisinin əfsanələrindən olan Barış Mançonun həyatı haqqında film çəkiləcək.
Publika.az Türkiyə mediasına istinadla xəbər verir ki, Barış Mançonun ailəsi - Lale Manço Ahıskalı, Doğukan Manço və Batıkan Manço artıq film müqaviləsi imzalayıblar.
Filmi Timur Savcı və Camal Okanın rəhbərlik etdiyi “TAFF pictures” şirkəti çəkəcək. C. Okan filmlə bağlı açıqlama verib: “Ailə ilə il yarım il əvvəl müqavilə bağlamışdıq. Hazırda işlər davam edir. Ssenari Yiğit Güralp tərəfindən yazılıb. Filmi yayda çəkməyi planlaşdırırıq. Rejissor Ketche (Hakan Kırvavaç) olacaq”.
Filmlə bağlı digər təfərrüat hələ bəlli deyil. Əfsanəvi ulduzun həyatını hansı aktyorun canlandıracağı da açıqlanmayıb.
Qeyd edək ki, B. Manço 1999-cu il fevralın 1-də 56 yaşında Kadıköydəki evində ürək tutmasından vəfat edib.
-
Ekologiya13:08Sabah yağış yağacaq - PROQNOZ
-
Rəsmi xronika11:49İlham Əliyev Ərdoğana başsağlığı verdi
-
Elm və təhsil11:42Məktəblərdə 7 gün DƏRS OLMAYACAQ
-
Sosial10:35Nisyə mal satanların nəzərinə: Bu gündən...
-
Maraq dünyası10:19Bu bürclər bu həftə çox pul QAZANACAQ
-
İqtisadi gündəm09:50Mərkəzi Bankdan kreditlərlə bağlı - QƏRAR
-
Nida Xəbər 09:35XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi
-
Avto07:15İkinci əl avtomobil almaq istəyənlərə şad xəbər - Video











.jpg)




.jpg)










.jpg)






.jpg)


