Magazin2
"Santa Ana" Los-Ancelesə od vurdu: məşhurların evləri yanır - Beyons, Ledi Qaqa...
ABŞ-ın Los-Anceles əyalətinin Malibu bölgəsində baş verən meşə yanğını ilə bağlı 20 min nəfər təxliyə ediləcək. "Santa Ana" adlı güclü küləklə başlayan alov yaşayış məntəqələrinə də keçib.
Publika.az xəbər verir ki, alov təhlükəsi altında olan evlər arasında məşhurların malikanələri də var. Bölgədə təhlükəsizlik tədbirləri ilə bağlı 40 mindən çox şəxsin elektrik enerjisi kəsilib.
Səlahiyyətlilər bələdiyyə binasının boşaldıldığını və onu Kalabasas şəhərinə köçürməli olduqlarını bildiriblər. Sürətlə yayılan alov səbəbiylə ötən gün Pepperdine Universitetinin kampusunda olan tələbələr və işçilər də təxliyə ediliblər.
Tanınmış şəxslərin evlərinin yerləşdiyi ərazi üçün də təxliyə əmri verilib. Məşhur amerikalı müğənni Çer və aktyor Dik Van Daykın evlərinin boşaldıldığı, Ledi Qaqa, Beyons və Cey Zinin də evlərinin təxliyə zonasında olduğu bildirilib.
"Santa Ana" adlanan güclü və quru küləklər səbəbindən digər bölgələrdə də yanğınların baş verə biləcəyi barədə xəbərdarlıq edilib.
Aysel Şahmar
-
İdman20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi
-
Avropa15:37Avropada nə baş verir: Böhran daha da dərinləşə bilər - TƏHLİL











.jpg)
























.jpg)
