Magazin2
Stinqin səhhətində problem yarandı: Konsertlər ləğv edildi
Əsl adı Qordon Metyu Tomas Sumner olan musiqiçi Stinq konsertlərinin ləğv olunduğunu və təxirə salındığını açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə o, sosial şəbəkələrdəki şəxsi səhifəsində qeyd edib.
Stinqin sözlərinə görə, həkimlərin tövsiyəsi ilə o, yanvarın 23-də "The Bass Magazine Awards"da çıxış edə bilməyəcək. Xəstəliyə görə bir müddət işdən əl çəkməyi də tövsiyə ediblər.
İfaçı həm də ABŞ-dakı iki şounu başqa vaxta keçirmək məcburiyyətində qalıb. Stinq Arizona ştatının Feniks şəhərində 24 yanvar əvəzinə 1 iyul 2025-ci ildə, Kaliforniyanın Uitlend şəhərində isə 26 yanvar əvəzinə mayın 28-də çıxış edəcək. Mayın 29-da onun "Cherrytree" musiqi şirkətinin yubileyində də çıxışı planlaşdırılır. Təxirə salınmış konsertlər üçün alınmış bütün biletlər qüvvədə qalacaq.
Adəm
-
Kriminal21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...


















.jpg)















.jpg)
.jpg)

