Maraq dünyası
Hər gecə qəbiristanlıqda məzar başında ağlayan qızın SİRRİ ÇÖZÜLDÜ
Türkiyənin Çorum şəhərində Ulu Məzarlıq adlanan qəbiristanlıqda peyda olan naməlum qız günlər sonra tapılıb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, aprelin 28-dən axtarılan qızın psixoloji problemlərinin olduğu müəyyən edilib.
Məlum olub ki, qız ailəsi ilə yaşayır, psixoloji problemləri səbəbindən hər gecə qəbristanlığa gedib qəbirlərdən birinin yanında ağlayır. Bu hadisədə heç bir hüquq pozuntusu olmadığına görə, polislər sadəcə qızın ifadəsini alandan sonra ailəsinə təhvil verib.
Qeyd edək ki, aprelin 28-dən qəbristanlıq yaxınlığında işləyən şəxslər bir qızın qəbirlərdən birinin yanına gələrək ağladığını müşahidə edib. Bu barədə polisə məlumat verilib. Onlar gələndə qızı tapmayıblar. Bir neçə gün belə davam edən axtarışlardan sonra qəbristanlıq ətrafına kameralar yerləşdirilib. Polis hər gecə ərazidə müşahidə aparıb. Nəhayət, günlərdir davam edən axtarışlardan sonra bu gecə qız tapılıb.
Gülxar
-
Magazin120:24Tatlıses Günelə mirasından pay verib?
-
Sosial19:48Qalib Salahzadənin dəniz kənarındakı obyektləri sökülür
-
Elm və təhsil19:00Nazir bu xanıma yüksək vəzifə verdi - FOTO
-
Nida Xəbər 16:16Azərbaycan vasitəsilə benzin idxalı qiymətlərə təsir edəcək - Ermənistan ümidlidir
-
Dünya14:52Epşteyn Putinlə də görüşmək istəyib? - Kremldən rəsmi açıqlama
-
Sosial13:50Azərbaycanda məşhur şirkət işçisinə pul ödəmədi - 1,8 milyonluq kapitala həbs qoyuldu
-
Region12:48Pezeşkian ABŞ-la danışıqların şərtlərini açıqladı: Əraqçiyə tapşırdım ki...
-
ABŞ12:361983-cü ildən bəri ABŞ-da belə şey olmayıb: Klintonlar razılaşdılar












.png)





.jpg)



.jpg)

.jpg)











