Maraq dünyası
Sağlamlığın 3 QIZIL DÜSTURU : RƏQS ET, ŞƏKİL ÇƏK, MAHNI OXU
İncəsənətin sağlamlığa müsbət təsiri haqqında genişmiqyaslı yeni tədqiqatı BMT-də sözün həqiqi mənasında “inqilabi araşdırma” adlandırıblar. Bu araşdırmanın müəllifləri inandırıcı şəkildə sübut edirlər ki, musiqi, rəssamlıq və rəqs bir sıra xəstəliklərin profilaktikası üçün təsirli vasitə olmaqla bərabər, həm də səmərəli “dərman” hesab edilə bilər.
Publika.az azərtac-a istinadla xəbər verir ki, Kopenhagendə təqdim olunmuş məruzənin müəllifləri 900-dən çox beynəlxalq nəşrdə dərc edilmiş faktiki məlumatlar əsasında bildirirlər ki, incəsənət insan sağlamlığına bütün həyatı boyu – ana bətnində inkişafa başladığı gündən ömrünün sonuna qədər müsbət təsir göstərir.
Əgər balaca uşaqlar yatmazdan əvvəl valideynləri onlar üçün kitab oxuyursa, belə uşaqlar gecə daha rahat yatır, dərslərdə daha diqqətli olur və üstəlik, bu uşaqların öz valideynləri ilə emosional əlaqəsi möhkəmlənir. Dram dərnəklərində məşğələlər gənclərin qərar qəbul etmək və zorakılıqdan qorunmaq məsələlərinə daha məsul yanaşmalarına kömək edə bilər. Musiqi isə ahıl yaşda demensiyaya meyilli insanların koqnitiv funksiyalarını dəstəkləyə bilər. Araşdırmalar göstərir ki, mahnı oxumaq diqqəti yaxşılaşdırır, gündəlik həyatda fəaliyyət qabiliyyətini artırır.
Dünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun direktoru vəzifəsini icra edən Piroska Ostlin deyir: “Bəşəriyyət penisillin və ya genetika nə olduğunu biləndən çox-çox əvvəl insanlar musiqi və rəngkarlığı yaradıblar. Bizim öz ümid və qorxularımızı bildirmək ehtiyacımız, ətraf mühiti qavramağımız və bu barədə başqaları ilə bölüşmək tələbatımız aclıq və susuzluğun rəf edilməsi qədər zəruridir. Buna görə də təəccüblü deyil ki, incəsənət bizim sağlamlığımıza və salamatlığımıza müsbət təsir göstərə bilər”.
İnsanlar özlərini incəsənətdə ifadə etməyə həmişə ehtiyac duyublar. Bu gün məlum olub ki, incəsənət həm də səmərəli “dərmandır”.
İncəsənət profilaktik funksiyadan əlavə, bəzən dərman rolu oynayır və “klinik əhəmiyyətli nəticələr” verir. Piroska Ostlin deyir: “DST-nin bu inqilabi məruzəsində göstərilıən nümunələr sübut edir ki, incəsənət diabet, piylənmə və ruhi pozğunluq kimi “məkrli” və mürəkkəb problemlərinin həlli kömək edə bilər. Müəlliflər sağlamlıq və salamatlıq anlayışlarını daha geniş sosial kontekstdə araşdırır və indiyə qədər tibbi metodlarla həll edilməsi mümkün olmayan problemlərin aradan qaldırılmasına yeni yanaşmalar təklif edirlər”.
Məsələn, musiqi və yaradıcılığın müxtəlif növləri xərçəng xəstəliyinin yanaşı effektlərini, o cümlədən yuxuculluq, iştahsızlıq, təngnəfəslik və ürəkbulanma kimi halları yüngülləşdirməyə kömək edir. İntensiv terapiya şöbəsinə düşmüş pasiyentlərin musiqi və əl işləri ilə məşğul olması onların təşviş və ağrı hissini yüngülləşdirir, arterial təzyiqini azaldır. Bir sıra ölkələrdə geniş yayılmış klounada isə həm xəstə uşaqların, həm də onların valideynlərinin əhvalını yaxşılaşdırmağa kömək edir. Çoxsaylı araşdırmalar göstərir ki, rəqslə məşğul olmaq Parkinson xəstəliyindən əziyyət çəkən pasiyentlərin hərəki fəallığını xeyli artırır.
Məruzədə göstərilən məlumatlar sübut edir ki, incəsənətin müxtəlif növləri zədələnmiş insanların sağalmasına, nevroloji pozğunluqları, o cümlədən autizm, serebral iflic və insult keçirmiş insanları dəstəkləməyə kömək edir. İncəsənət ahıl insanlar üçün palliativ dəstək rolu oynayır, bu şəxsin doğmaları isə onun ölümünü sakit qarşılayırlar.
Araşdırmanın müəllifləri vurğulayırlar ki, art-terapiyanın bəzi növləri standart bioloji-tibbi müalicə metodları ilə müqayisədə yaxşı klinik nəticələr verməklə bərabər, həm də iqtisadi baxımdan daha sərfəli ola bilər.
Bundan əlavə, art-terapiya həm fiziki, həm də psixoloji problemləri həll edir və bir sıra dərman vasitələrindən fərqli olaraq neqativ effekt doğurmur.
Dünya Səhiyyə Təşkilatı ölkələrin hökumətlərinə incəsənət köməyi ilə sağlamlığı dəstəkləmək proqramları yaratmağı, incəsənət və mədəniyyət sahəsində çalışan müəssisə və təşkilatların fəaliyyətinə səhiyyə məsələlərinin də daxil olunmasını, həmçinin tibb işçilərinə art-terapiya metodlarının öydərilməsini tövsiyə edir.
Məruzədə incəsənətin beş növündən söhbət gedir. Bu növlərin hər biri öz növbəsində bir sıra istiqamətləri əhatə edir: ifaçılıq sənəti (musiqi, rəqs, oxuma, teatr, kino); vizual incəsənət (əl işi, dizayn, rəngkarlıq, fotoqrafiya); ədəbiyyat (bədii yaradıcılıq, qiraət, ədəbi festivallarda iştirak); mədəni tədbirlərdə iştirak (muzeylərə, qalereyalara, konsert və teatra getmək); internet-incəsənət (animasiya, rəqəmsal incəsənət və s.).
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...