Maraq dünyası
Bakıda uşaq bezi taxılan quzu polisə aparıldı - VİDEO
Bu axşam Bakının mərkəzi Nizami küçəsində - "Tarqovı"da quzu gəzdirən gəncləri polis saxlayıb və bölməyə aparıb.
Publika.az xəbər verir ki, həmin görüntüləri "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu sosial şəbəkədə paylaşıb. Qeyd edib ki, polislə gənclər arasındaki mübahisəyə müdaxilə etməyə çalışsa da, polis onun sözlərinə məhəl qoymayıb.
Gənclər quzuya şəhəri çirkləndirməməsi üçün "pampers" belə geyindiriblər. Lakin polis bunun qanuna zidd olduğunu bildirib:
"PPX polisləri, elə quzu sahibləri yaşda olan gənclər yaxınlaşdılar, "...bu quzu kimindi", deyə, soruşdular.
"Bizimdi, rəis", - gənclər ədəblə cavab verdilər.
"Bu quzunu niyə küçəyə çıxartmısız?", sualı gəldi.
Cavab hazırmış: "Rəis, it gəzdirirlər, meymun oynadıb, pulla şəkil çəkdirirlər, quzu olmaz ki? Nə fərqi var, bu da ev heyvanıdı..."
Cavab mənə məntiqli gəldi.
Dialoqun davamını izləyək.
"Bunu niyə belə geyindirmisən, məqsədin nədir?".
"Küçəyə pislik eləməsin deyə, "pampers" geyindirmişik, rəis, səhvdi məyər"?
Gənc polislərdən biri daha hazırlıqlı idi.
Bayaqkı məntiqi cavaba əks -arqument söylədi: "Bura heyvanat baxçasıdı? İstəyən evində olan heyvanı götürüb, küçəyə çıxa bilməz. Görünüb ki, it gəzdirərlər, daha quzu nədi, yığmısan camaatı bura. Bəlkə toyuq-cücə də çıxardasız..."
Həmin görüntüləri təqdim edirik:
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi



































.jpg)

.jpg)